Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya dövlət kanalının canlı yayımında etiraz edən redaktor yoxa çıxıb - Video
Rusiya dövlət kanalının canlı yayımında etiraz edən redaktor yoxa çıxıb - Video

Rusiyada çoxluq prezident Vladimir Putinin Ukraynada hərbi əməliyyatlar aparmaq əmrini dəstəkləsə də, müharibənin əleyhinə olanlar da az deyil. Az qala hər gün şimal dövlətində hər hansısa etiraz nümunəsi ortaya qoyulur. Rusiya dövlət kanalının canlı efirindəki qalmaqal isə xeyli böyük əks-səda doğurub.

Bizimyol.info xəbər verir ki, televiziyanın redaktoru Marina Ovsyannikovanın müharibənin əleyhinə plakat açması Kremli çox qəzəbləndirib. Onu dərhal həbs ediblər. İndi vəkillər Moskvada “Vremya” (“Zaman”) teleproqramının redaktorunu axtarır. Marina Ovsyannikovanın harada olduğu bilinmir.

Redaktorun vəkili Daniil Berman jurnalistin taleyindən çox narahat olduğunu yazıb: “Onu əvvəlcə “Ostankino” telemərkəzinin növbətçi hissəsində saxlayıblar. Sonra oradan necə aparıblar, bilməmişik. Bəlkə də, içəridədir, dəqiq demək olmur. Haradasa yuxarı kabinetlərdə qərar qəbul olunur. Daha dəqiqi, qərar qəbul olunub, detallar müzakirə edilir. Qorxutmaq istəyirlər. Özü də çox”.

Marina Ovsyannikovanı 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Vəkil yazıb ki, Marinanın körpə uşaqları var, əslində, onu həbs etmək olmaz: “Bir iş də var ki, Kreml qaydalar tanımır”.

Daniil Berman iki gün ərzində xeyli dəstək zəngləri aldığını bildirib. Marina Ovsyannikovanın taleyindən narahat olan çoxdur: “Mənə axşamdan nə qədər adam zəng vuraraq Marinanın əlini sıxmaq, onu bağrına basmaq istədiyini deyib. Tamamilə yad insanlar yazır, zəng vurur, nəqliyyatdan tutmuş, çay, kofeyə qədər kömək təklif edirlər. Dəyəri ölçülməyən bir şeydir”.

Daniil Bermanın son yazdıqlarından belə məlum olur ki, Ovsyannikova vəkilsiz dindirilir. Ona əməkdaşlıq təklif olunur, əks halda ömrünün 15 ilini əlindən alacaqlar. Bermanı narahat edən məsələ odur ki, redaktor hüquqi bilgisi olmadığından, səhvə yol verə bilər.

Ovsyannikovanın vəkillərinə onun haqqında heç bir məlumat verilmir. Siyasi fəalların bir çoxu hakimiyyətin hələ cinayət işi açmağa cəsarət göstərmədiyini düşünür. Berman vəziyyətin daha acınacaqlı olduğunu düşünür. Çünki müharibə əleyhinə aksiyalarda 15 minə qədər vətəndaş saxlanılıb. Ovsyannikovanın canlı yayımda plakat açması xeyli böyük səs-küy yaradıb. Ona rəhm olunacağı inandırıcı görünmür.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »