Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 243 nəfər müalicə olunaraq sağalıb.

Bizimyol.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 790 962 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 828 nəfər müalicə olunaraq sağalıb, 9 627 nəfər vəfat edib. 1 507 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 454, bu günə qədər isə ümumilikdə 6 640 773 test icra olunub.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »