Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peskov Psakinin "ABŞ Rusiya iqtisadiyyatını əzdi” fikri ilə razılaşmır
Peskov Psakinin "ABŞ Rusiya iqtisadiyyatını əzdi” fikri ilə razılaşmır

İddia edilən Rusiya iqtisadiyyatı ilə bağlı deyilənlər reallığı əks etdirmir, həqiqətən də çətinliklər var, amma bu məhv olmaq demək deyil.

Bizimyol.info xəbər verir ki, bu fikri çərşənbə axşamı Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ağ Evin nümayəndəsi Cen Psakinin ABŞ və müttəfiqlərinin Rusiya iqtisadiyyatını sanksiyalar vasitəsilə “tamamilə çökdürüb” sözlərini şərh edərkən bildirib.

"Siz Rusiya iqtisadiyyatı tamailə çöküb deyə bilməzsiniz", - Peskov vurğulayıb. O, Rusiya iqtisadiyyatının çətinliklərdən keçdiyini etiraf edib. Əlavə edib ki, bu, həm də “inkişaf, yenilənmə, daha böyük asılılıqdan qurtarma, yeni sənayelərin yaradılması və s. üçün bir fürsətdir”.

"Biz mövcud çətinliklərdən öz maraqlarımız üçün istifadə etməyə çalışırıq", - Kreml sözçüsü yekunlaşdırıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »