Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bəziləri qadınlarla tanış olmaq üçün taksi fəaliyyəti ilə məşğul olur"
"Bəziləri qadınlarla tanış olmaq üçün taksi fəaliyyəti ilə məşğul olur"

Son zamanlar narkotik maddənin təsiri altında fəaliyyət göstərən, narkotik ticarəti ilə məşğul olan, qadın sərnişinlərlə düzgün davranmayan taksi sürücüləri ilə qarşılaşırıq. Bəzən isə, taksi fəaliyyəti ilə məşğul olmağa ehtiyacı olmayan sadəcə vaxtını keçirən və başqa məqsədqlərlə də bu fəaliyyətə başlayan sürücülər qarşımıza çıxır. Məsələn, hər hansı bir taksi şirkətindən avtomobil sifariş edirsən, az sonra lüks bir avtomobil qarşında dayanır və taksi fəaliyyəti ilə məşğul olduğunu iddia edir. Maraqlısı budur ki, lüks avtomobillərlə taksi fəaliyyəti göstərən sürücülər də, ekonom taksi qiymətinə xidmət göstərir. Və yaxud üzərinə taksi işarəsi qoyub, lüks avtomobillərlə fəaliyyət göstərdiyini iddia edən sürücülər var. Əslində isə, bəzən onların heç bu işə ehtiyacı da olmur...

Nəqliyyat eksperti Eldəniz Cəfər Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, taksi xidməti göstərən şirkətlər müxtəlif seqmentli avtomobillər təklif edirlər.

Eldəniz Cəfər Eldəniz Cəfər

“Ekonom klass, komfortlu avtomobillər, daha çox tutumlu avtomobillər təklif edilir. Bunların qiyməti də fərqlidir. Bəzən elə olur ki, komfortlu xidmət edən avtomobillər də ekonom qiymətində xidmət edir. Bu, normal haldır. Sadəcə olaraq, biz belə bahalı avtomobillərin taksi xidməti göstərməsinə öyrəşməmişik. Əsas odur ki, onların məqsədi taksi xidməti göstərmək olsun və başqa uyğun olmayan işlərlə məşğul olmasınlar”,- deyə ekspert bildirib.

Digər ekspert Fazil Məmmədov isə hesab edir ki, bəzi sürücülər zaman keçirmək və yaxud qadınlarla tanış olmaq üçün taksi fəaliyyəti ilə məşğul olurlar. Onların bu fəaliyyəti gündə 1-2 dəfə olur:

“Yəni onlar sərnişinlə maraqlanır, sonradan reysə çıxırlar. Və yaxud zəng edib “kartla ödəyəcəksiniz və ya nəğd sualını” verirlər. Bu zaman sərnişinin səsindən müəyyən təsəvvür yaranır.”

Ekspert bildirir ki, belə fəaliyyətlə məşğul olan sürücülərin qarşısını almaq mümkün deyil. Çünki onlar taksi şirkətlərinin tələb etdiyi standartları ödəyir, verilən sualları düzgün şəkildə cavablandırır və boşluq buraxmırlar.

“Əslində, önəm verməmək lazımdır. Görürsünüz lüks avtomobil gəlib, zövq alın gedəcəyiniz yol bitənə qədər. Danışmaq istəmirsinizsə, ünsiyyət qurmayın. Nə edək ki, bəzən belə boş-bekar adamlar da olur. Onlarla ən yaxşı mübarizə üsulu önəm verməməkdir” - deyən ekspert bildirib ki, bu sürücülərdən əxlaqsız davranışlar gördüyünüz halda, taksi şirkətinə və polisə müraciət edə bilərsiniz.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »