Kiyevdə bu gecədən komendant saatı tətbiq edilir.
Bizimyol.info xəbər verir ki, bu barədə paytaxtın meri Vitali Kliçko məlumat verib.
"Bu gün çətin və təhlükəli məqamdır. Hərbi komandanlığın qərarına əsasən, bu gündən - martın 15-dən, saat 20:00-dan - komendant saatı tətbiq edilir. Şəhərdə xüsusi buraxılışlar olmadan hərəkət qadağan edilir. Yalnız sığınacağa çatmaq üçün çölə çıxa bilərsiniz. Komendant saatı martın 17-si səhər saat 7-dək davam edəcək”, - deyə Kliçko bildirib.
O, Kiyev sakinlərini iki gün evdə qalmağa çağırıb.
Bildirilib ki, bu gün Kiyevdə Osokorkidə bir neçə hündürmərtəbəli bina və fərdi yaşayış evi atəşə tutulub. Bundan əlavə, Partlayış metronun “Lukyanivska” stansiyasının fasadına ziyan vurub.
Qadir, Bizimyol.info