Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün Ağasadıq Gəraybəylinin doğum günüdür
Bu gün Ağasadıq Gəraybəylinin doğum günüdür

Nəriman Nərimanovnun “Nadirşah”, Üzeyir Hacıbəyovun “Arşın mal alan”, Cəfər Cabbarlının “Sevil”, “Od gəlini” və s. tamaşalarında rolları ilə yaddaşına yazılmışdı tamaşaçının… Ağasadıq Gəraybəyli…

Əslən Şamaxılı olan Ağasadıq Gəraybəyli 1897-ci ildə martın 15-də anadan olmuşdu. Kiçik yaşlarından atasını itirən Ağasadıq Şamaxı zəlzələsindən sonra Bakıya gəlir. Burada onu yaşlı bir kişi himayəsinə alır. Ağasadıq Bakıda Cəfər Cabbarlı ilə bir sinifdə təhsil alır. Onun Hüseyn Əərblinski, Mirmahmud Kazımovski kimi müəllimləri olur. Ümumiyətlə, Ağasadıq Gəraybəylini uşaq illəri barədə müxtəlif ikirlər irəli sürülür. Bəzi fikirlərə görə isə, Şamaxı zəlzələsindən osnra atası ailəsini götürüb Bakıya gəlir və Bakıda kirayə yaşayırlar.

1921-ci ildə Cəlil Məmmədquluzadənin “ Ölülər” presində Kefli İsgəndər rolunu oynayan Ağasadıq Üzeyir Hacıbəyov dəstəyi ilə teatr kursuna yazılır və 200-ə yaxın obraz yaradır. “O olmasın, bu olsun da” Rüstəm bəy, “ Bəxtiyar” filmində Ağabala rollarını yaradan aktyor “Qız qalası əfsanəsi”, “Hacı Qara”, “Sevil”, “Dəcəl dəstə” , “Bakılılar”, “Fətəli xan” və s. onlarla filmə çəkilib.

“Heç utanırsınız? Dedim qohum-əqrabadır, bəd ayaqda dadıma çatarlar. Buna görə də mən sizi öz klubuma işə götürdüm”- bu cümlələr “Bəxtiyar” filmində klub müdiri olan Ağabalanın sitatıdır.

Ağasadıq Gəraybəyli, ömrünün sonuna qədər Akadaemik Milli Dram Teatrında çalışır. Aktyorun sonuncu rolu “Xurşidbanu Natavan” əsərində yaşlı knyaz rolu olur. Teatr və kino aktyoru, rejissor Adil İsgəndərov müsahibələrinin birində deyir:

“Əgər Ağasadıq Gəraybəyli təkcə Rüstəm bəy rolunu oynasaydı, yenə də ekran sənətimiizn fəxri kimi tanınardı”…

Ağasadıq Gəraybəylinin yaradıcılığı, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin tabeliyində fəaliyyət göstərən Dövlət Səs Yazıları Arxivində saxlanılır. Burada görkəmli səhnə ustası, Azərbaycan SSR Xalq artisti, müxtəlif dövlət mükafatlarına layiq görülmüş Ağasadıq Gəraybəylinin həyat və yaradıcılığına aid olan və sözügedən arxivin fondlarında mühafizə edilən bir sıra fono və video sənədlər var.

Aktyor, 1988-ci il dekabrın 5-də Bakı şəhərində vəfat edib. Xatırladaq ki, Aağasadıq Gəraybəyli Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin babasıdır.

Biz Ağasadıq Gəraybəylini ancaq oynadığı filmlər və tamaşalarla tanımışıq. Aktyor özündən sonra elə böyük bir irs qoyub gedib ki, yüz illər keçsə də unudulmayacaq…

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »