Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyanın gücü tükəndikcə qəddarlığı artır" - Video
"Rusiyanın gücü tükəndikcə qəddarlığı artır" - Video

Dünən axşam Böyük Britaniyanın yüksək səviyyəli müdafiə mənbələri, Rusiya qüvvələrinin tam döyüş qabiliyyətini daha "10-14" gün davam etdirə biləcəyini, bundan sonra Putinin adamlarının Ukrayna qoşunlarından ələ keçirdikləri torpaqları saxlamaq uğrunda mübarizə aparacağını bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə "dailymail" məlumat yayıb.

Böyük Britaniyanın müdafiə mənbələri deyirlər ki, Rusiya ordusu “qaçaqda”dır və “kulminasiya nöqtəsinə” cəmi iki həftə qalıb: "Bundan sonra Ukraynanın müqavimət gücü Rusiyanın hücum gücündən daha çox olacaq. Moskvanın işçi qüvvəsi tükəndiyi üçün bütün Ukrayna üzrə irəliləyişlər artıq dayanıb", - deyə qeyd edilir.

Prezident Vladimir Zelenski səhər tezdən ukraynalılara müraciətində bu nikbinliyi təkrarlayaraq deyib ki, Ukrayna ordusu Rusiya qoşunlarına dağıdıcı zərbələr vurmaqda davam edir.

“Tezliklə Rusiyanın vurulan helikopterlərinin sayı yüzlərlə ədədə çatacaq. Onlar artıq 80 döyüş təyyarəsini itiriblər. Yüzlərlə tank və minlərlə digər texnika yararsız hala salınıb və ya ələ keçirilib. 19 gün ərzində Rusiya ordusu Ukraynada Çeçenistandakı iki qanlı ildəki müharibədən daha çox itki verib”, - deyə o əlavə edib.

"Lakin, Rusiyanın işğalı zəiflədikcə, onun üsulları daha qəddar olur - şəhərlər getdikcə daha çox raket atəşinə tutulur. Çərşənbə axşamı səhər saatlarında baş verən hücum nəticəsində yaşayış binaları yandırılıb. Paytaxt Kiyevdə çoxmərtəbəli binaya raket atılaraq yandırılıb. Hələ ki, itkilər barədə dəqiq məlumat yoxdur", - deyə Prezident əlavə edib.

Bir vaxtlar Putinin şəxsi təhlükəsizliyinə cavabdeh olan Rusiya Milli Qvardiyasının rəisi Viktor Zolotov çərşənbə axşamı etiraf edib ki, “hadisələr bizim istədiyimiz qədər sürətlə getmir”. Lakin o, yenə də Rusiyanın “addım-addım” qələbə qazanacağını iddia edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »