Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya dövlət kanalında etiraz: “Putin öz hakimiyyətinə təhlükə hiss edərsə, geri çəkilə bilər”
Rusiya dövlət kanalında etiraz: “Putin öz hakimiyyətinə təhlükə hiss edərsə, geri çəkilə bilər”

Rusiyanın mərkəzi telekanallarından birində canlı yayım zamanı Ukraynadakı müharibəyə etiraz bildirilib. "Pervıy kanal"ın efirində "Vremya" xəbərlər proqramının yayımı zamanı aparıcının arxasında əlində plakat tutan qadın peyda olub.Plakatın üzərində isə “Müharibəyə yox! Müharibəni dayandırın. Təbliğatlara inanmayın. Burada sizə yalan danışırlar!” yazıları əks olunub.

Həmin şəxsin kanalda redaktor vəzifəsində çalışan Marina Ovsyannikova olduğu bildirilir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, canlı efirdə "Müharibəyə yox!" plakatı açan şəxs artıq saxlanılıb.

Siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Rusiya diktatura olan ölkədir və televiziya redaktorunun müharibənin sonlandırılması ilə bağlı tələb irəli sürməsi Rusiyanın aqressiv, imperialist siyasətini dəyişəcəyinə əsas verə bilməz.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“Rusiyanın Ukraynaya təcavüz prosesininin dəyişəcəyini düşünmürəm. Rusiyada ağlı başında olan hər kəs bu müharibənin əleyhinədir. Yalnız Putin və onun çox yaxın ətrafında olan bir qrup hərbi-siyasi elita təmsilçiləri belə bir avantüraya razı ola bilərlər. Onlar da yəqin ki, ilk günlər razı ola bilərdilər. Böyük ehtimalla onlar da hər ötən gün Rusiyanın nə cür bataqlığa düşdüyünü görürlər və bu bu avantüranın sonlanmasının tərəfdarıdırlar. Ancaq bu Putinin qərarına təsir etmir. Hamımz görürük ki, o, təcavüzü davam etdirir”.

Siyasi şərhçinin sözlərinə görə, bütün Rusiya ictimai-siyasi elitası xalqla bir yerdə Putinin yaxasından yapışıb tələb irəli sürərsə, bəlkə o zaman bu təcavüz faktında hansısa formada dəyişiklik ola bilər.

“Putinin istfasını, onun hakimiyyəti sonlandırmasını tələb edəcək qədər güclü proses, aksiya qura bilərlərsə, bəlkə o zaman bu müharibə sonlandırıla bilər. Putin öz hakimiyyətinə təhlükə hiss edərsə, bu məsələdən çəkilə bilər.  Normal təfəkkürlü şəxslər bu redaktora qoşularlarsa, hardasa ümid yeri yarana bilər”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »