ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə Ukraynadakı vəziyyətlə bağlı telefon danışığı istəyir.
Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" məlumat verib.
Qeyd olunur ki, Sallivan Patruşevlə Rusiyanın Ukraynada kimyəvi və ya bioloji silahlardan mümkün istifadəsinin ehtimal olunan riskini müzakirə etmək istəyir. ABŞ prezidentinin müşaviri söhbətində Rusiyanı bu cür hərəkətlərə qarşı xəbərdar etmək niyyətindədir.
Bununla belə, belə bir telefon danışığı hələ təyin edilməyib, agentlik əlavə edir.
ABŞ səlahiyyətliləri daha əvvəl Rusiyanın "yalançı bayraq" əməliyyatı çərçivəsində zəhərli maddələrdən istifadə edə biləcəyini söyləsələr də, heç bir sübut təqdim etməyiblər.
Qadir, Bizimyol.info