Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın ÜTT-dəki ticarət statusu ləğv ediləcək
Rusiyanın ÜTT-dəki ticarət statusu ləğv ediləcək

Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyaya qarşı dördüncü sanksiyalar paketi ilə bağlı razılığa gəlib.

APA-nın xəbərinə görə, bu barədə Aİ Şurasına sədrlik edən Fransanın "Twitter" hesabında məlumat verilib.

Bildirilib ki, Rusiyanın Ümumdünya Ticarət Təşkilatındakı (ÜTT ) "ən əlverişli ölkə" ticarət statusu ləğv ediləcək.

Həmçinin Belarusun ÜTT-yə üzvlüklə bağlı müraciətinin baxılması dayandırılacaq.

Qeyd olunub ki, sanksiyalar Rusiya iqtisadiyyatınln müxtəlif sektorlarına və induvidual şəxslərə tətbiq olunacaq.

Sanksiyaların digər təfərrüatları açıqlanmayıb.

Son xəbərlər
Bütün xəbərlər »