Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vladimir Putin İsrailin baş naziri ilə telefonla danışıb
Vladimir Putin İsrailin baş naziri ilə telefonla danışıb

Rusiya Prezidenti Vladimir Putinlə İsrailin baş naziri Naftali Bennet arasında telefon danışığı olub.

APA-nın verdiyi məlumata görə, telefon danışığı İsrail tərəfinin təşəbbüsü ilə baş tutub.

Tərəflər Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıb.

Naftali Bennet Rusiya Prezidentinə Ukrayna məsələsi ilə bağlı bir sıra dövlətlərin rəhbərləri ilə son təmaslar barədə məlumat verib.

Öz növbəsində Vladimir Putin Rusiya və Ukrayna nümayəndələri arasında videokonfrans formatında bu günlərdə baş tutan danışıqlar prosesini dəyərləndirib.

Dialoqun davam etdirilməsi razılaşdırılıb.

Son xəbərlər
Bütün xəbərlər »