Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kişilər Belarusu tərk edir: “Ukrayna ilə vuruşmaq istəmirik”
Kişilər Belarusu tərk edir: “Ukrayna ilə vuruşmaq istəmirik”

Rusiyanın Ukraynaya hücumundan sonra Belarusu xeyli vətəndaş tərk etməyə başlayıb. Kişilər çoxluq təşkil edir. Çünki Belarusda əli silah tutanların əksəri Ukraynaya qarşı vuruşmaq istəmir.

Bizimyol.info xəbər verir ki, Almaniya mediasındakı növbəti reportajda bundan danışılır. Litva sərhədçiləri Belarus tərəfdən heç vaxt müşahidə olunmadığı qədər böyük axın müşahidə etdiklərinin bildiriblər. Postsovet ölkəsindən gələnlərin sayı ən azı 30 faiz artıb.

Belə panikanın əsas səbəbi odur ki, Rusiya Belarusun müharibəyə fəal qoşulmasını istəyir. Dövlət başçısı Aleksandr Lukaşenko həmkarı Vladimir Putinin onun üzərinə qoymaq istədiyi məsuliyyətdən yaxa qurtarmağa çalışır. Amma Belarusun əvvəl-axır Ukraynaya qoşun yeridəcəyi ehtimal olunur. Bu halda isə ölkədə səfərbərlik elan ediləcək. Belaruslu kişiləri ölkədən qaçıran əsas amil də budur.

Minskdə linqvist kimi fəaliyyət göstərən Yuri vətənindən getməli olub. Onun sözlərinə görə, daha çox həyat yoldaşı bunu istəyib: “Onsuz da həyatında stress çox olub. Mənə görə çox qorxurdu. Buna görə də müqavimət göstərmədim”.

Yuri deyir ki, heç bir hərbi təcrübəsi yoxdur. Amma Belarus hökumətinə də güvənmir: “Müharibənin tezliklə bitməsini istərdim. Bir az yubanacaqsa, Belarus da bura qoşulacaq”.

İlya Belarusu 27 yaşına qədər zabitlərin xidmətə çağırılması ilə bağlı xəbərdən sonra tərk edib. 40 yaşlı menecer öz növbəsini gösləmək istəməyib: “Mən universitetdə hərbi kafedrada oxumuşam. Rabitəçiyəm. Üç dəfə təlimlərdə iştirak etmişəm. Xəbərləri diqqətlə izləyirəm. Mənə elə gəlir ki, tezliklə Belarusda ya hərbi, ya da fövqəladə vəziyyət elan olunacaq”.

İlya heç bir halda müharibəni qəbul etmir: “Mən işğalçı qoşunun və onun müttəfiqinin ordusunda yer ala bilmərəm”.

Belarusdan birdəfəlik getdiyini deyən Mixail ölkəsində insanların müharibəyə hazır olmadığını bildirir. IT mütəxəssisi Rusiyanın haqsız savaş apardığını deyir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »