Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Düşmənin maddi-texniki təchizat sistemini sıradan çıxarmışıq” – Ukrayna Müdafiə Nazirliyi
“Düşmənin maddi-texniki təchizat sistemini sıradan çıxarmışıq” – Ukrayna Müdafiə Nazirliyi

İşğalçıların ciddi kadr problemləri var və çoxlu sayda hərbi qulluqçu komandanlığın əmrlərinə tabe olmaqdan imtina edir.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Əməliyyat İnformasiya Mərkəzinin zabiti Leonid Matyuxin brifinqdə bildirib.

"Ukrayna Silahlı Qüvvələri müvəqqəti işğal altında olan Ukrayna ərazilərində düşmənin maddi-texniki təchizat sistemini sıradan çıxarmaq üçün arxa infrastruktura, səhra bazalarına və anbarlara sarsıdıcı zərbələr endirib. İşğalçı qoşunlar hücum əməliyyatı keçirməkdə ciddi uğur əldə edə bilməyiblər, irəliləyiş bütün istiqamətlərdə dayandırılıb”,- deyə o bildirib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, növbəti dəfə atəş mövqelərinin təchiz edilməsi, silah və hərbi texnikanın yerləşdirilməsi üçün düşmən tərəfindən mülki infrastruktur obyektlərindən, o cümlədən dini obyektlərdən istifadə halları tez-tez qeydə alınır.

“Düşmənin mənəvi-psixoloji vəziyyəti aşağı səviyyədə qalır ki, bu da Rusiya Federasiyası silahlı qüvvələrinin hərbçilərinin komandanlığın əmrlərini yerinə yetirməkdən imtina etməsinə səbəb olur”,- Matyuxin bildirib.

Məlumata görə, Rusiya Federasiyasının ərazisində, Belqorod şəhərində Belqorod hərbi komendantlığının hərbi şəhərciyi yerləşir. "Düşərgədə müalicədən sonra xəstəxanalardan buraxılan və bölmələrə göndərilməyi gözləyən Rusiya hərbçiləri var. Həmçinin düşərgədə Rusiya Federasiyası silahlı qüvvələrinin hərbi əməliyyatlarda iştirakdan imtina edən hərbçiləri də saxlanılır. Onlarla bağlı məhkəmə araşdırmaları aparılır”,- deyə o bildirib.

Müdafiə Nazirliyi nümayəndəsinin sözlərinə görə, Rusiya silahlı qüvvələrinin sıralarında Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşmək istəməyən “çoxlu sayda hərbçi” var, lakin onlar məlumat vakuumundadırlar - telefonları yoxdur və bütün məlumatları yalnız komandirlərindən alırlar.

"Şərqdə təlimlər zamanı itən bir qrup Rusiya hərbçisi Donetsk vilayətinin ərazisində yaxalanıb",- deyə Matyuxin bildirib. Belə ki, Ukrayna ordusu Rusiya Mərkəzi Hərbi Dairəsinin 2-ci Ordusunun 21-ci əlahiddə motoatıcı briqadasının, Cənub Dairəsinin 58-ci Ordusunun 136-cı əlahiddə motoatıcı briqadasının, eləcə də Müdafiə Nazirliyinin Federal Departamenti hərbçilərinin sənədlərini ələ keçiriblər. Sonuncu qrup əsalində kimyəvi silahların zərərsizləşdirilməsi üzrə tədqiqatçı ekspertlərdir, amma maraqlıdır ki, Rusiya onları ön cəbhədə döyüşə atıb. Ona görə də Ukrayna tərəfi Rusiyanın peşəkar hərbçi qıtlığı yaşadığını düşünür.

“Sonuncunun Rusiya faşist qüvvələrinin hücum edən piyada qoşunlarının ön sıralarında olması onu deməyə əsas verir ki, işğalçıların böyük kadr problemləri var”,- Müdafiə Nazirliyinin nümayəndəsi hesab edir.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »