Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ Rusiyanın Ukraynada kimyəvi və ya bioloji silahdan istifadə edə biləcəyindən ehtiyat edir
Aİ Rusiyanın Ukraynada kimyəvi və ya bioloji silahdan istifadə edə biləcəyindən ehtiyat edir

Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynada kimyəvi və ya bioloji silahdan istifadə edə biləyəcindən ehtiyat edir və həm gələcək eskalasiyanı, həm də qadağan olunmuş silahlardan istifadənin dayandırılmasına çağırış edir.

“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) nümayəndəsi Piter Stano bildirib.

“Kimyəvi silahdan istifadə çox pis fəsadlara səbəb ola bilər. Artıq işğalçı Rusiya qüvvələrinin Ukrayna ərazisində kimyəvi və ya bioloji silahdan mümkün istifadəsi ilə bağlı siqnallar almışıq”, - o deyib.

O, həmçinin bildirib ki, indiyədək Ukrayna ərazisində məsuliyyətsiz davranışın şahidi oluruq. Bu, özünü təkcə mülki infrastrukturun deyil, həmçinin atom stansiyalarının atəşə tutulmasında göstərir.

“Bu, çox təhlükəlidir. Beynəlxalq ictimaiyyət Rusiya tərəfinin qadağan olunmuş silahlardan istifadə də daxil olmaqla gələcək hücumlarının qarşısını almağa çalışır”, - AK nümayəndəsi bildirib. O, Ukraynadakı bütün hücumlar kimi bu hücumu da pislədiklərini əlavə edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »