Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fərid Şəfiyev: "Azərbaycan Minsk qrupunun hazırkı yanaşmasını qəbul etmir"
Fərid Şəfiyev: "Azərbaycan Minsk qrupunun hazırkı yanaşmasını qəbul etmir"

"Regionda ərazi bütövlüyünün qorunmasının dərk edilməsi əsas məsələlərdən biridir. Təəssüf ki, son günlər baş verən böhranda Avropanın Ukraynaya verdiyi dəstəyi Azərbaycan 2020-ci ildə özünün ərazi bütövlüyünü bərpa edəndə hiss etmədi".

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev ADA Universitetində keçirilən “Şərq Tərəfdaşlığında birlikdə daha güclüyük. Azərbaycan üçün faydaları?” mövzusunda seminarda deyib.

F. Şəfiyev bildirib ki, 30 il ərzində Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü, vətəndaşlarının fundamental hüquqları pozulub, torpaqları işğal edilib. İndi Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edib. Bundan sonra Avropada ATƏT-in Minsk qrupunun fəaliyyətinin canlandırılmasına təşəbbüslərin göstərilməsi, yaxud keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli üçün təklif edilmiş Madrid prinsipləri haqqında hansısa fikirlərin səsləndirilməsi qəbuledilməzdir. Azərbaycan Minsk qrupunun hazırkı yanaşmasını qəbul etmir. Biz Minsk qrupunun üzvlərinin yeni təkliflərlə çıxış etməsinin tərəfdarıyıq. Bu tələblər Cənubi Qafqazda sülhə və birgəyaşayışa xidmət etməlidir.

“Ümidvarıq ki, Avropa İttifaqı ölkəmizin ərazi bütövlüyü ilə bağlı Azərbaycana birmənalı dəstək göstərəcək. Eyni zamanda, ərazi bütövlüyü prinsipi qorunmaqla Azərbaycanla Ermənistan arasındakı mövcud problemlərin həllinə dəstək verəcək. Bu cür yanaşma Cənubi Qafqazda sülhə və regional inkişafa töhfə verəcəkdir. Bu məqsədlə də Avropa İttifaqı dayanıqlı inkişaf hədəfi üzərində daha humanitar layihələr üzərində işləyəcək”, - F.Şəfiyev qeyd edib.(report)

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »