Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tokayev Qazaxıstandan 10 min dollardan çox nağd pul ixracını qadağan edib
Tokayev Qazaxıstandan 10 min dollardan çox nağd pul ixracını qadağan edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikasının maliyyə sabitliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” imzaladığı fərmana əsasən, ölkədən 10 min ABŞ dollarından artıq nağd xarici valyutanın çıxarılması qadağan edilib.

Bizimyol.info xəbər verir ki, bu barədədövlət başçısı məlumat verib.

“Qazaxıstan Respublikasının milli maraqlarını qorumaq və Qazaxıstan Respublikasının maliyyə sabitliyini təmin etmək məqsədi ilə qərara alıram: Qazaxıstan Respublikasından nağd xarici valyutanın və xarici valyutada olan pul alətlərinin müəyyən edilmiş normadan artıq miqdarda çıxarılması qadağan edilsin. Ən yühsək hədd 10 000 ABŞ dolları ekvivalentindədir”, - fərmanın mətnində deyilir.

Bundan əlavə, təmizlənmiş qızıl külçələri və qızıl və gümüşdən hazırlanmış investisiya sikkələri xaricə ixrac üçün qadağa altına düşüb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »