Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb,168 nəfər müalicə olunaraq sağalıb.
Bizimyol.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
İndiyədək ümumilikdə 790 820 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 779 585 nəfər müalicə olunaraq sağalıb, 9 618 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 1 617 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 437, bu günə qədər isə ümumilikdə 6 635 319 test icra olunub.