Kremldə Çeçenistan rəhbəri Ramzan Kadırovun Ukraynaya gedib-getmədiyi barədə məlumat yoxdur.
Bizimyol.info xəbər verir ki, “İnterfaks”ın verdiyi məlumata görə, bu açıqlama ilə Kremlin sözçüsü Dmitri Peskov çıxış edib.
"Kadırov özünün dediyi kimi indi Ukrayna ərazisindədir. Bu döğrudurmu?" sualına D.Peskov qəti fikir bildirməyib.
“Xeyr. Bizdə belə məlumat yoxdur. O, məncə, Ukraynada olduğunu bildirməyib.
Birbaşa bəyanatlar olmayıb, ona görə də sizdən Çeçenistandakı administrasiyası ilə əlaqə saxlamağınızı xahiş edirəm”, - Peskov bildirib.
Qadir, Bizimyol.info