Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabahdan Moskvada maska ​​rejimi ləğv ediləcək
Sabahdan Moskvada maska ​​rejimi ləğv ediləcək

Paytaxtda martın 15-dən etibarən Moskva merinin fərmanı ilə müəyyən edilmiş müəssisə və təşkilatlarda maska ​​rejimi və COVİD-ə qarşı məcburi tədbirlər ləğv edilir.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə axşamı Moskva meri Sergey Sobyanin öz bloqunda məlumat verib.

"Epidemiya vəziyyətinin durmadan yaxşılaşması çoxdan gözlənilən qərar qəbul etməyə imkan verir. 15 mart 2022-ci il çərşənbə axşamından qoruyucu maskalardan istifadə tələblərini ləğv edəcəyik", - mer yazıb.

Bundan əlavə, Moskva merinin fərmanı ilə yaradılmış müəssisə və təşkilatlarda məcburi COVİD-ə qarşı tədbirlər ləğv edilir: işçilərin bədən hərarətinin müntəzəm ölçülməsi, iş yerlərində bölücü arakəsmələrin quraşdırılması və s. “Mövcud şəraitdə bu qərar həm də artıq ciddi sanksiya təzyiqi yaşayan biznesi dəstəkləyir”, - Sobyanin vurğulayıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »