Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yoxsul ölkənin "lüks" qiymətləri: Otellərdə bayram neçəyə başa gəlir?
Yoxsul ölkənin "lüks" qiymətləri: Otellərdə bayram neçəyə başa gəlir?

Qarşıdan Novruz bayramı gəlir. Hər kəs 9 günlük bayram istirahətini müxtəlif rayonlarda keçirməyə çalışır. Qiymətlər isə, bölgəyə və hotelə görə dəyişir.

Bizimyol.info bayram öncəsi bölgələrdə hotellərin qiymətini araşdırıb. Qeyd edək ki, qiymətlər 4 nəfərlik ailə üçün nəzərədə tutulub.

  • Bayramı Şəkidə lüks şəkildə bir həftə müddətində qeyd etmək istəyən ailəyə 5000 manata başa gələcək. Ən ucuz qiymət isə 300 manatdır.
  • Quba hotellərində istirahət etmək isə 4 nəfərlik ailəyə 400-2000 manat arasında başa gəlir. Amma təki istirahət olsun deyib, daha ucuz yer axtarırsınızsa, bu gün sifariş etsəniz 200 manata da şəraitsiz gecələmə yeri tapa bilərsiniz.
  • Bayramı Gəncədə keçirmək istəsəniz, yenə sizə 300-2000 manat arsında vəsait lazım olacaq.
  • Qəbələdə hotellərinin qiyməti isə, əl yandırır. Burada bir ailə bir həftəlik bayram istirahəti üçün 700-5000 manatından keçməli olacaq.
  • Lənkəran, Masallıda bayram keçirənlər isə, ancaq şəxsi kirayə evlərə üz tutmalıdırlar. Çünki burada hotellərdə artıq yer yoxdur.
  • Nabranda isə, bu gün üçün iki hoteldə yer var. Bu isə sizə 300-700 manat məbləğində başa gələcək.

Qısası, hotellərimizdə qiymətlər çox bahadır. Və xüsusi olaraq qeyd edim ki, bu qiymətlərə ancaq səhər yeməyi daxildir. Yəni gün içində ehtiyacınız olan digər yemək və ya ikilər ayrıca pulludur. Vəziyyəti başa düşmək olar. Pandemiyadan çıxan ölkə sahibkarları üçün bayramlar xüsusi fürsət deməkdir.  Ancaq bayram təkcə imkanlı təbəqə üçün deyil, hamı üçün bayramdır axı. Hotellərin qiymətlərinə baxıb, köks ötürənlər bir həftə olmasa da, 200 manatından keçib, kənd evlərini 1-2 günlük icarəyə götürə bilər. Ancaq nəzərə alsaq ki, ölkədə minimum əmək haqqı 300 manatdır. Minimal əmək haqqı ilə yaşayan Azərbaycan vətəndaşı nəinki hoteldə, heç evində də bayramı keçirə bilməyəcək. Çünki bayram yaxınlaşan zaman bazarlarda bütün ərzaq məhsullarının qiyməti bahalaşır.

Məsələn, ət adi vaxtda 10-12 manata satılırsa, bayarama yaxın qiymət 15-15 manat olur. Eləcə də digər qida məhsulları. Azərbaycanda minimum əmək haqqı alan vətəndaş bayramını toyuq bişirərək keçirə bilər. Onun da qiyməti 6,50 manatdan başlayır.

Bu yerdə adamın yadına Vaqifin qəzəli düşür: “Bayram oldu, heç bilmirəm neyləyim, bizim evdə axta zoğal da yoxdur”...

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »