Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya kansleri Şolz Türkiyəyə gəlir
Almaniya kansleri Şolz Türkiyəyə gəlir

Almaniya Federativ Respublikasının kansleri Olaf Şolz prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə rəsmi səfər edəcək.

Bizimyol.info xəbər verir ki, Türkiyə Prezidentinin katibliyindən verilən məlumata görə, kansler Şolz vəzifəyə gəldikdən sonra Türkiyəyə ilk rəsmi səfəri zamanı Türkiyə ilə Almaniya arasındakı ikitərəfli əlaqələrin bütün aspektləri nəzərdən keçiriləcək.

"Səfər zamanı iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq, digər aktual regional və beynəlxalq problemlər, xüsusilə Ukrayna və Türkiyə-Avropa İttifaqı münasibətləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulub", - deyə məlumatda bildirilir.

Qadir, Bizimyol.info 

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »