Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayram günlərində bölgələrə avtobus qiymətləri - Siyahı
Bayram günlərində bölgələrə avtobus qiymətləri - Siyahı

Qarşıdan Novruz bayramı gəlir. Etiraf edək ki, pandemiya başlayanda nəinki Novruzu, elə başqa bayramları da yetərli qədər ürəklə keçirməmişik. Bəzən bölgələrə getməkdə problem yaranıb. Bəzən "evdəqal" tələbi olub. Ancaq bu ildən karantin şəraiti yumşaldığı üçün artıq vətəndaşlarımız bölgələrə səyahət edə bilərlər.

Əksər vətəndaşlar şəxsi avtomobilləri ilə səfərə çıxmağı sevsələr də avtobuslarla bölgələrə gedən kifayət qədər vətəndaş var. Avtovağzallar da bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək. Bu barədə Bizimyol.info saytına Beynəlxalq Avtovağzal kompleksindən məlumat verilib. Bildirilib ki, sabahdan martın 27-nə qədər avtovağzallar gücləndirilmiş rejimində çalışacaq.

Xətlərdə sərnişin sıxlığının qarşısının alınması üçün yeni avtobuslar xətlərə daxil ediləcək. Eyni zamanda pandemiya şəraiti ilə əlaqədar gözləmə zallarına da nəzarət gücləndiriləcək. Bununla bağlı ölkənin 56 avtovağzalına tapşırıq verilib.

Qeyd edək ki, hər zama olduğu kimi Novruz bayramını öz bölgəsində keçirmək istəyənlər 10 gün öncədən bilet alarlarsa, daha rahat gedə bilərlər.

Qiymətlərə gəldikdə isə, bu o qədər də baha deyil.

  • Ağdaş 6,40 manata,
  • Ağsuya 3,70 qəpiyə,
  • Astaraya 7,60 qəpiyə,
  • Balakənə 10,60 qəpiyə,
  • Beyləqana 7,00,
  • Bərdəyə 7,30,
  • Biləsuvara 4,30,
  • Gədəbəyə 10,40,
  • Gəncəyə 8,40

və s. digər bölgələrə kilometrinə uyğun olaraq müxtəlif qiymətlərə getmək mümkündür. Novruzu bölgələrdə keçirmək istəyənlər biletləri həm onlayn şəkildə, həm də avtovağzaldan əldə edə bilərlər.

Xatırladaq ki, hər il Novruz öncəsi qatarlara da çox ehtiyac olur, ADY xəttlərə yeni qatarlar cəlb edirdi. Bu il isə, ADY-də hələ ki, durğunluqdur. Yəni qatarla ancaq Bakı daxilində hərəkət etmək mümkündür. Görünür, dəmiryollarının hərəkətə keçməsi üçün Baş nazir yeni bir əmr verməlidir. Çünki pandemiya dövründə qatarla ölkə daxilində hərəkət məhdudlaşdırlmışdı.

Qeyd edək ki, bayramdan sonra da Bakıya qayıtmaq üçün biletlərinizi elə indidən alsanız, yaxşıdır. Bu zaman gediş-gəliş prosesini daha rahat şəkildə həyata keçirmiş olacaqsınız.

Novruz, xalqımızın qədim adət ənələrindəndir. Hər kəs bu bayramda doğmalarının, yaxınlarının yanında olmalıdır. Ən əsası isə, mənzil başına salamat çatmaqdır. Odur ki, şəxsi avtomobilinizlə də yola çıxdığınız zaman daha diqqətli olun. Bilirsiniz ki, ölkənin yollar ürəkaçan vəziyyətdə deyil. Digər vasitə isə, avtobusla mənzil başına çatmaqdır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »