Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Martın 15-nə olan hava proqnozu
Martın 15-nə olan hava proqnozu

Martın 15-də Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Bizimyol.info xəbər verir ki, ETSN-nin Milli Hidrometerologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 5-7° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz 3-8° şaxta olacaq.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »