Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Çindən silah və iqtisadi yardım istəyir: Pekin cəsarət edəcəkmi?
Rusiya Çindən silah və iqtisadi yardım istəyir: Pekin cəsarət edəcəkmi?

Rusiya Çindən hərbi texnika və digər yardımlar istəyib.

Bu barədə "Financial Times” ABŞ rəsmi mənbələrinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, bu gün, martın 14-də Romada ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Çin Kommunist Partiyasının xarici siyasət məsələləri üzrə nümayəndəsi ilə görüşəcək.

Siyasi şərhçi Tural İsmayılov Bizimyol.info saytına açıqlaması zamanı bildirib ki, Rusiya ilə Çin bir-birinin əsas iqtisadi, siyasi rəqiblərindən hesab edilsə də, onlar həm də "Qərb imperializmi"nə qarşı mübarizədə bir sıra beynəlxalq platformalarda ortaq addımlar atırlar.

Tural İsmayılov Tural İsmayılov

“Rusiyanın Çindən hansı hərbi yardım və silahları istəməsi ilə bağlı dəqiq mövqe yoxdur. Nə Rusiya tərəfi, nə də Çin bunu rəsmi şəkildə təsdiqləyib. Bu, özəlliklə Qərb mənşəli informasiya saytlarında gedən məlumatlardan biridir.

Mən inanmıram ki, indiki məqamda Rusiya hansısa bir formada Çindən hərbi yardım və silah istəsin. Çünki Rusiya özü kifayət qədər müdafiə sənayesi arsenalına və silahlara malikdir. Bu baxımdan mözvunun sadəcə olaraq, hazırkı informasiya savaşı dövründə ortaya atılan spekulyasiya olduğunu hesab edirəm.

Bu reallıq olsa belə, Rusiyanın Çindən hansısa köməklik istəməsi o qədər də yalnış dəyələndirilə bilməz. Bir daha qeyd edirəm ki, Rusiya və Çin müxtəlif mövzularda, beynəlxalq platformalarda ortaq şəkildə hərəkət edirlər”.

Siyasi şərhçi bildirir ki, Ukrayna məsələsində Çin əvvəl Rusiyanı dəstəkləsə də, sonra bir qədər fərqli mövqe orta qoydu, lakin istənilən halda Rusiyanın tamamilə təcrid olunması və sıxılması fonunda Çinin sakit qalacağına, Rusiyaya kömək etməyəcəyi barədə fikirlərə də inanmır.

“Rusiya Çindən hansısa bir yardım istəyərsə, Çin burada Rusiyanın istədiyi yardımların ona çadırılmasında mühüm rol oynayacaq. Ümumiyyətlə, Çinin hansısa əks addım atacağı, Rusiyanın ondan istəyəcəyi yardımlardan boyun qaçıracağı ilə bağlı hansısa təxminlərin reallaşmaq ehtimalı yoxdur.

İkinci bir formada isə Rusiyanın indiki məqamda Çindən hərbi yardım istəyəcəyini düşünmürəm. İstəyəcəyi yardımın daha çox diplomatik yardım olacağını düşünürəm. Eyni zamanda hansısa beynəlxalq təşkilatlarda Çinin səsinin də əsas olduğunu nəzərə alsaq, Çinin bitərəf qalmaması və həmin səsvermələrdən yayınmaması istənilə bilər”.

Xatırladaq ki, müharibənin ilk günlərdində Çin Rusiyaya açıq siyasi dəstək versə də, sanki qlobal birliyin sanksiya gücü Çini bir qədər çəkindirdi. ABŞ açıq mətnlə Çini hədələdi və bildirdi ki, Kremlə dəstək verəcəyi halda onu da Rusiyanın taleyi gözləyir. Dünya birliyi Rusiyaya qarşı birləşərkən həm də Çinə öz gücünü göstərməyi hədəfləyib, əks halda Çin də Tayvanı hədəfə alacaqdı.

Müşahidəçilərin fikrincə, Çin Rusiyanın sona qədər zəifləməsində maraqlıdır. Çünki o halda mütləq Kreml Pekindən yardım istəyəcək və o zaman Çin Rusiyaya qarşı ərazi iddialarını açıq şəkildə danışıq masasına qoyacaq.

Məlumat üçün qeyd edək ki, ABŞ, Avropa Birliyi və onlarla bir sırada dayanan müttəfiqləri dünya iqtisadiyyatının 60 faizdən çoxuna nəzarət edir. Çin 17 faiz, Rusiya isə 2 faizdən də az paya sahibdir.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »