Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Heç nəyi gözləməli deyilik, hətta sıfır büdcə ilə də böyük dəyişikliklər edə bilərik"
"Heç nəyi gözləməli deyilik, hətta sıfır büdcə ilə də böyük dəyişikliklər edə bilərik"

Ölkəmizdə sosial sahədə bizneslərini inkişaf etdirən yeni sahibkarlar təbəqəsi günü gündən çoxalır - özəl uşaq bağçaları, klublar, məktəblər, qarşılıqlı fəaliyyət sahələri, reabilitasiya mərkəzləri və.s. Artıq aydındır ki, sosial sahibkarlıq ən geniş tətbiq dairəsinə və perspektivlərə malikdir.

Sosial problemlərin aradan qaldırılmasına və ya həllinə yönəlmiş bir biznes insanlara öz fəaliyyətlərindən əldə etdikləri gəlirlə kömək edir. Sosial biznes davamlı olaraq cəmiyyətin problemlərinin həllinə töhfə verməklə öz missiyasını yerinə yetirir. Səviyyəsi yüksək olan insanların buna təbii ki ehtiyacı yoxdur, lakin bəzən istifadə edənlər də olur. Mərkəzi sosial sahibkarlıq - vətəndaşların sosial cəhətdən həssas və aztəminatlı qruplarının maraqları naminə məhsul istehsalı və ya xidmətlərin göstərilməsi üzrə ixtisaslaşan və ya onlar üçün iş yerləri yaradan müəssisələrdir. Fəaliyyəti məqsədlərə yönəlmiş kiçik və orta sahibkarlıq subyektləri - əlillərin, qocaların və çətin həyat vəziyyətində olan insanların məşğulluğunun təmin edilməsi və onlara dəstək verilməsi, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması, vətəndaşların əsas həyatını təmin etmək imkanlarının genişləndirilməsi və s. aiddir.

Sosial sahibkar Sara Rəcəbli Bizimyol.info saytına açıqlamasında bildirir ki, sosial sahibkarlıqda ən vacib prinsip insanların həyatlarına təsir göstərməkdir. Çünki tarixə də bir nəzər salsaq sosial biznesin əsas məqsədi o olub ki, yoxsulluq problemi həll olunsun. O həmçinin qeyd edir ki, sosial sahibkar maliyyə cəhətdən, maddi cəhətdən müstəqil olmalıdır. Sosial biznes qeyri hökümət təşkilatlarından onunla fərqlənir ki, mütləq onun məqsədi insanların rifah halının yaxşlaşdrmasına xidmət etsin. Sosial sahibkarlıqda kapitalist sisteminin üstünlüklərindən cəmiyyət üçün istifadə edilir. İş həyatında məhsuldarlıq və mənfəət kimi anlayışlar sosial sahibkarlıqda ictimai fayda, xeyirxahlıq və fədakarlığa çevrilir.

Risklə yanaşı eyni zamanda innovasiya və dəyər yaratma strategiyaları sosial sahibkarlıqda da ön plandadır. Buna görə də sosial sahibkarlıq mənfəət və sosial faydaların birlikdə mövcud olduğu bir sistemdir.

Azərbaycanda Sosial Sahibkarlığın geniş vüsət almasına təsir göstərən münbit şəraiti və ya cəmiyyətdəki bəzi sosial çatışmazlıqları nəzərə alsaq, həm sosial problemlərin həllini, həm də buna adekvat olaraq innovativ məhsulların istehsal olunmasını ideya halında birləşdirərək, güclü sosial biznes layihələri reallaşdırmaq mümkündür. Sara xanım qeyd edir.

"Üç əvvəl ideyamı ətrafımda olan insanlarla paylaşanda çoxları bu layihənin reallaşacağına inanmırdı. Fiziki və əqli məhdudiyyətli insanların hazırladığı məhsulları heç kimin almayacağını düşünürdülər. Odur ki, hansısa sosial problemi həll etmək üçün heç kimi və heç nəyi gözləməli deyilik, kiçik addımlarla, hətta sıfır büdcə ilə də böyük dəyişikliklər edə bilərik" - deyə biznes ideyasına güvənməyin nə qədər vacib olduğunu vurğulayır.

Dünyada “sosial sahibkarlıq” və “sosial sahibkar” terminlərini ilk dəfə Bill Drayton istifadə etmişdir. Drayton dünyanın ilk və ən geniş sosial sahibkarlıq şəbəkəsi olan Aşokanın da qurucusudur.

Sosial bizneslər az təminatlı kəsimin yoxsulluq səviyyəsinin azaldılmasından ətraf mühitin qorunmasına, insan haqları pozuntuları ilə mübarizədən yox olmaq təhlükəsi ilə üz-üzə olan dil və icmaların qorunmasına qədər, təhsil, səhiyyə, inkişaf kimi bir çox sahədə təsirli fəaliyyətlər göstərə bilir. Yaradılmış Sosial Biznes Gənclər Mərkəzinin isə əsas məqsədi gənclərə sosial sahibkarlığı təbliğ etmək, maarifləndirmək və onlara sosial bizneslərini yaratmaqda lazımi dəstəyi göstərməkdir.

Havar, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »