Amerikalı filosof və iqtisadçı Frensis Fukuyama Ukraynanın işğalından sonra Rusiya Federasiyası üçün nəticələrlə bağlı proqnoz verib.
Bizimyol.info xəbər verir ki, onun fikirləri "American Purpose" jurnalı tərəfindən nəşr edilmişdir.
Fukuyama əmindir ki, Rusiya Federasiyasının məğlubiyyəti getdikcə yaxınlaşır. Bundan əlavə, iqtisadçı hesab edir ki, BMT Təhlükəsizlik Şurası özünün faydasızlığını bir daha sübut etdi.
"Bayden administrasiyasının hər iki qərarı - Ukraynanın səmasını bağlamamaq və Polşa MİQ-lərini ora köçürməmək - düzgün idi. Onlar çox emosional məqamda soyuqqanlı davrandılar. Yaxşı olar ki, ukraynalılar rusları təkbaşına məğlub etsinlər. Bu qərar Moskvanı NATO tərəfindən hücuma məruz qaldıqlarını əsaslandırmaq imkanından məhrum etdi”, - deyə Fukuyama bildirib.
Bundan əlavə, Frensis Fukuyama qeyd edib: “Putin ordusunun məğlubiyyətin qəbul edə bilməyəcək. Bu məğlubiyyət Putini nüfuzdan salacaq, müharibədən əvvəl ona rəğbət bəsləyənlər də məğlub komandandan üz döndərəcək və bu Rusiya liderinin həyatına təsir edəcək”.
Qadir, Bizimyol.info