Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Qərb şirkətlərini həbslərlə hədələyir
Rusiya Qərb şirkətlərini həbslərlə hədələyir

Qərbin sanksiyaları nəticəsində potensial iqtisadi fəlakətlə üzləşən Rusiya hakimiyyəti ölkədən çıxmağa cəhd edən xarici şirkətləri həbslər və aktivlərinin dondurulması ilə hədələyib.

Bizimyol.info xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

Nəşr məlumatlı mənbələrə istinadən bildirir ki, Rusiya prokurorları "Coca-Cola", "McDonald's", "Procter & Gamble", "IBM & KFC" və "Pizza Hut"un ana şirkəti olan "Yum Brands" daxil olmaqla, gündəlik təlabat şirkətlərinə zənglər, məktublar və nümayəndələr göndərərək qurumlara xəbərdarlıq edirlər.

Onlar şirkət rəhbərlərini həbs edəcəkləri və ya əqli mülkiyyət də daxil olmaqla aktivlərinə həbs qoyulacağı ilə hədələyiblər.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »