Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Barak Obama koronavirusa yoluxub
Barak Obama koronavirusa yoluxub

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın koronavirus testi müsbət çıxıb.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Barak Obama "Twitter" hesabında yazıb.

“Koronavirus üçün verdiyim analiz nümunələri müsbət çıxıb. Bir neçə gündür boğazım ağrıyır, lakin özümü yaxşı hiss edirəm” ,- deyə B.Obama tviter hesabında qeyd edib.

Obama qeyd edib ki, xanımı Mişel Obamanın testi mənfi çıxdığıb.

"Mişel və mən peyvənd olunduğumuz üçün özümüzü təhlükəsizlikdə hiss edirik. Mənin test nəticələrim müsbət çıxsa da, özümü yaxşı hiss edirəm, işlərimi davam etdirə bilirəm", - deyə o bildirib.

Qeyd edək ki, ötən ilin avqust ayında Obama, koronavirusun Delta variantının yayılması səbəbindən 60 illik yubileyini qeyd etməyi təxirə salmışdı.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »