Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avstraliya rus oliqarxlarına və iş adamlarına sanksiyalar tətbiq edib
Avstraliya rus oliqarxlarına və iş adamlarına sanksiyalar tətbiq edib

Avstraliya 2014-cü ildən bəri Kremlin Ukraynadakı qanunsuz əməllərindən birbaşa faydalanan 33 rusiyalı oliqarx, iş adamı və onların ailə üzvlərinə sanksiya tətbiq edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "CNN" xarici işlər naziri Maris Peynə istinadən məlumat yayıb.

33 nəfər cəzalandırılıb. Onların arasında “Çelsi” futbol klubunun sahibi Roman Abramoviç, “Qazprom”un sədri Aleksey Miller, Rusiya Bankının sədri Dmitri Lebedev, “Rostex”in sədri Sergey Çemezov, “Transneft”in sədri Nikolay Tokarev, WEB.RF-nin sədri İqor Şuvalov və Rusiyanın Birbaşa İnvestisiya Fondunun sədri Kirill Dmitriyev də var.

“Bu oliqarxların çoxu 2014-cü ildən bəri Kremlin Ukraynadakı qanunsuz əməllərindən birbaşa bəhrələnib”, - bəyanatda deyilir.

Sanksiyaların təsirinə məruz qalanların böyük şəxsi sərvət topladığı və Rusiya prezidenti Vladimir Putinlə əlaqələri də daxil olmaqla Rusiya üçün iqtisadi və strateji əhəmiyyət kəsb etdiyi deyilir.

Tətbiq edilən məhdudiyyətlərin məzmunu barədə məlumat verilmir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »