“ABŞ Ukraynaya qarşı hər hansı kimyəvi və ya bioloji hücuma dair heç bir əlamət görmür”.
APA bildirir ki, bunu bu gün ABC telekanalına müsahibəsində Pentaqonun mətbuat xidmətinin rəhbəri Con Kirbi deyib:
“Mən ehtiyatlı olmaq istəyirəm, burada kəşfiyyat məlumatlarına girməyək. Biz vəziyyəti çox diqqətlə izləməyə davam edirik”.
Con Kirbi ABŞ rəsmilərinin Rusiyanın özünün etməyi planlaşdırdığı işlərə görə başqalarını günahlandırmağa çalışdığına dair iddiasını da təkrarlayıb.