Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Zelenski güzəştə getməyəcək, Putin danışığa gedəcək" - Leon Aron
"Zelenski güzəştə getməyəcək, Putin danışığa gedəcək" - Leon Aron

“Nə Kiyevin ələ keçirilməsi və qələbənin elan edilməsi, nə də danışıqların başlanması Rusiya prezidentini bu müharibənin ölümcül nəticələrindən xilas etməyəcək”,- deyə “American Enterprise” İnstitutunun baş elmi işçisi Leon Aron “Azadlıq” radisouna müsahibəsində bildirib.

Geosiyasi mövzularda dünyanın aparıcı ekspertlərindən biri olan Leon Aronun bəzi fikirlərini təqdim edirik:

Leon Aron Leon Aron

“İlk təəssürat, hətta hörmətli həmkarlarım arasında da belə oldu ki, Putin bir az dəli olub. Ancaq mən hesab edirəm ki, burada daha rasional izahat var. Birincisi, Sovet İttifaqının süqutuna görə qisas və Ukraynaya nifrətin açıq ifadəsi idi. Bu, ilk emosional-psixoloji blokdur. İkinci blok isə bütün avtoritar rejimlərin xəstəliyidir, xüsusən də 23 il padşahlıq edirsinizsə, sizə yalnız eşitmək istədiyinizi deyirlər. Və yanlış hesablamalar olduqca aydın görünür. Məsələn, Ukraynada xalqın onları gül-çiçək və öpüşlərlə qarşılayacağını gözləyirdilər. Sanksiyalara gəlincə, görünür, Putin və ətrafı Gürcüstan və Krım olaylarından sonrakı nəticələri gözləyirdilər. Mərkəzi Bankın direktoru Nabiullina əmin etdi ki, 630 milyard dollar ehtiyatları var. Nə olsun? Dedilər ki, qorxacaq heç nə yoxdur, çünki Qərb təbii ki, o vəsaitlərə qarşı sanksiyalar tətbiq etməyəcək...

Mən də səhv etmişdim. Düşünürdüm ki, 2024-cü ildə Putinin ömürlük prezidentlik üçün tacqoyma mərasiminə yaxın oxşar hadisə baş verəcək. Yadınızdadırsa, mən demişdim ki, o, dərhal hansısa kiçik ölkəyə, çox güman ki, Baltikyanı dövlətlərə, xeyli rusdilli əhalisi olan NATO üzvünə soxulacaq, referendum təşkil edəcək və NATO-nu tamamilə çətin seçim qarşısında qoyacaq. Mənim belə bir nəzəriyyəm var idi. İndi əksəriyyət Putinin arxasınca düşüb “faşistlərlə müharibə edirik” kimi düşünür. Amma tabutları gəldikdən, ölülər dəfn ediləndən sonra əlbəttə ki, hər şey dəyişməyə başlayacaq...

Kiyevi ala bilməsə, bu, gözlənilməz nəticələrə gətirib çıxaracaq. Çünki Putin məcazi dillə desək, evinə məğlub olaraq qayıda bilməz. Mən “Washington Post”da bir məqaləmdə presedentləri yazmışdım: demək olar ki, bütün böyük hərbi məğlubiyyətlər rejim dəyişikliyi ilə müşayiət olunub. Krım müharibəsi: 1-ci Nikolayın oğlu liberal islahatlarla atasının mirasını tamamilə devirdi. 1905-ci ildə Yaponiya ilə müharibə, məğlubiyyət: Rusiyada konstitusiya monarxiyası, birinci Rusiya inqilabı olan Oktyabr Manifesti. 1917-ci il, Birinci Dünya Müharibəsində bir sıra məğlubiyyətlər, Fevral İnqilabı və sonra təbii ki, bolşevik çevrilişi. Əfqanıstandakı müharibə də Qorbaçovun islahatlarına böyük təsir göstərdi. Məğlubiyyətlə qayıtmaq, məncə, Putin üçün qəbuledilməzdir...

NATO-nun hava qüvvələrinin həm keyfiyyət, həm də kəmiyyət baxımından üstünlüyü böyükdür. Təbii ki, onlar Ukraynadakı Rusiya hərbi hava qüvvələrini bir neçə günə süpürə bilərdilər və bununla da Putin üçün məğlubiyyət tamamlanardı. Onda o, cavab verməli olacaq, çünki o, bu cür qələbə qazana bilməz. Ona görə də bilirsiniz, ümumiyyətlə, mən hələ də bunun çox riskli olacağını düşünürəm. Düşünürəm ki, NATO buna getməyəcək...

1982-ci ildə Livan üzərində İsrail və Suriya hərbi təyyarələrinin qarşılaşması baş verdi. Bütün Suriya təyyarələri MiQ idi. Dəqiq rəqəmləri xatırlamıram, düşünürəm ki, 80-dən çox MiQ vuruldu, bir dənə də olsun İsrail F-15-i vurulmadı. Sovet İttifaqının nüfuzuna böyük zərbə idi. İndi də dünya baxır, Çin baxır, Avropa baxır, Türkiyə baxır. Bu, Putin üçün simvolik məğlubiyyət olacaq. Və çox risklidir. Son 20 ildə deyirdilər ki, Rusiya düşmənləri diz çökdürür və biz dünyanın ən güclü ordularından birini yaratmışıq, onu modernləşdirmişik, yenidən təchiz etmişik və birdən-birə bu hadisə. Hesab edirəm ki, nəticələri çox ciddi ola bilər...

Polşadan keçən bu tank əleyhinə raketlərə görə Rusiya ordusunun Ukraynada nə qədər itkilər verdiyini görürük. Rusiya Polşanı müharibəyə cəlb edə biləcək bu dəhlizin qarşısını almağa qərar verəcək. Söhbət avtoritar, militarist rejimdən gedir, onun üçün müharibə və müharibədə qələbə legitimliyin əsasıdır...

Putinin qarşısında iki seçim var: Kiyevi mühasirəyə alıb acından öldürmək, ya da razılaşmaya getmək. Düşünürəm ki, o, Kiyevi dəhşətli qan tökülmədən almayacağını anlayaraq, ağlabatan danışıqlara başlaya biləcəyi ehtimalı var. Mən düşünürəm, ki, Ukrayna neytrallığına razı ola bilər. Sonda hesablama belə ola bilər: Putin, əlbəttə ki, çox canlıdır və fiziki cəhətdən çox güclüdür, lakin o, həmişəlik dayana bilməz. İndi biz Ukraynanın neytrallaşdırılmasına imza atacağıq və Rusiyada yeni rejim, yeni vəziyyət yaranacaq. Rusiya tarixində demək olar ki, bütün yeni rejimlər liberallaşma ilə başlayır. Deməli, bəlkə burada həqiqətən də bir ümid anı var. Bu, Putin üçün kifayət edəcəkmi, yoxsa o, yenidən Ukraynanı Krımı və Donbassı rəsmən təhvil verməyə çağıracaq? Düşünürəm ki, Krım rəsmən Rusiyaya verilməyəcək, çünki Zelenski bununla razılaşa bilməz, Donbassla isə xüsusi zona variantı ola bilər, Kipr kimi və ya başqa silahsızlaşdırılmış şəkildə BMT-nin bir növ patrulu ola bilər. Yenə də Ukraynanın bir hissəsi sayılacaq, lakin bir növ muxtariyyətlə. Bununla yanaşı, təbii ki, Ukraynanın sərhədi bərpa olunacaq və seçkilərlə bağlı suallar təxirə salınacaq. Bu seçim mənə ən çox ehtimal olunan kimi görünür. Amma təbii ki, burada hər şey bir tərəfdən Putinin nəyi qələbə, nəyi məğlubiyyət sayacağından asılı olacaq. O, məğlubiyyətə tab gətirə bilməz. Təbii ki, indi Zelenski özünü tamamilə qəhrəmancasına aparandan sonra hesab edirəm ki, yenidən seçilməkdən narahat olmağa dəyməz. O, Rusiyaya da ciddi güzəştə getməyəcək...

Hər halda bu, rejimə çox güclü zərbədir. Birincisi, biz hələ Rusiyanın itkilərinin nə olduğunu bilmirik. Bu, mənə elə gəlir ki, sanksiyalardan qat-qat vacibdir. Rusiya vətəndaşlarının 70 faizinin ümumiyyətlə, əmanətlərinin olmadığını söyləyən Lev Qudkovun sevimli bir ifadəsi var. Yəni, əmanətlərin dəyərdən düşməsi əksəriyyət üçün vacib deyil, çünki maaşdan maaşa qədər yaşayırlar və makaron yeyirlər. Xeyr, təbii ki, iqtisadiyyata zərbə dəydi. Əgər neftin və qazın ixracına müəyyən məhdudiyyətlər qoyurlarsa, deməli, danışılası bir şey yoxdur. Ümumiyyətlə, mən həmişə inanmışam ki, bu ən vacib məsələ deyil, ən əsası isə itkilərdir - tabutlardır. Qorbaçov hakimiyyətinin üçüncü ilində Əfqanıstanı niyə tərk etdi? Xalq bu müharibəni çox da bəyənməməyə başladı. Təbii ki, bu, Rusiya və Sovet İttifaqı tarixində ən uzun - 9 il davam etdi. Hərbi itkilər Putinin elektoratına təsir edəcək. Bu, şübhəsiz ki, Putini haqqında danışdığımız barışıq variantları haqqında düşünməyə vadar edən amillərdən biri, bəlkə də ən mühümüdür”.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »