Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran ABŞ-ın hərbi bazası istiqamətində çoxsaylı raket zərbələri endirib
İran ABŞ-ın hərbi bazası istiqamətində çoxsaylı raket zərbələri endirib

Bu gün, martın 13-nə keçən gecə ABŞ konsulluğunun qərargahı, eləcə də ABŞ-ın İraqın şimalında Ərbil şəhərində yerləşən hərbi bazası istiqamətində ən azı beş uzaqmənzilli raket atılıb.

Bu barədə “Sky News Arabia” məlumat yayıb. Nəşrin sosial şəbəkələrdə dərc etdiyi videoda hava limanı və ABŞ-ın Ərbil konsulluğu yaxınlığında güclü partlayışlar görünür. Raketlərin nəzərdə tutulan hədəfləri vurub-vurmaması ilə bağlı hələlik heç bir təsdiqləmə yoxdur.

Həmçinin, zərərçəkənlər haqqında məlumat da yoxdur. Bilinən odur ki ki, kürd  dilində yatımlanan teleradio şirkətinin binası nəticəsində zədələnib.

Şəbəkədə İrandan atılan raketlərin videosu da yayılıb. Kadrlar ən azı 6 raketin atıldığını göstərir. “Kürdüstan” nəşri “Rudau”nun məlumatına görə, hücum nəticəsində 14 raket partlayıb.

İraq “Kürdüstan”ının paytaxtı yaxınlığındakı obyektlərə raket hücumu İranın İsrailə cavabı kimi qiymətləndirilir. Rəsmi Tehran bəyan edib ki, İsrailin hücumu nəticəsində Suriyada İranın iki generalı həyatını itirib. Məlumata görə, İsrail MOSSAD kəşfiyyat qurumlarının məlumatından sonra İranın Suriyadakı iki generalına hücum edib və onların hər ikisi həyatını itirib.

Ardınca İran BMT Təhlükəsizlik Şurasına məktub göndərib və məktubda “İsrailin terror hücumuna” cavab vermək hüququnu özündə saxladığını bildirib. Tehran bildirib ki, həlak olan iki nəfər Əsəd rejiminə “terrorla mübarizə” mövzusunda məsləhət vermək üçün Suriyada olub. İran mediası zərbələrin İraq “Kürdüstan”ındakı Mossad obyektlərinə endirildiyini yazır.

Hələ martın 10-da İran BMT Təhlükəsizlik Şurasının sədri və BMT-nin baş katibi Antonio Quterreşə yazdığı məktubda beynəlxalq ictimaiyyəti hücumu pisləməyə və İsraili məsuliyyətə cəlb etməyə çağırıb.

Ərbilidəki ABŞ hərbi bazasına hücum İranın ABŞ-ın İraqdakı infrastrukturuna ilk hücumu deyil. Hələ 2020-ci ildə İran İslam Keşikçiləri Korpusu iranlı general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq İraqda ABŞ-ın “Əl-Əsəd” Hava Bazasına ballistik raketlər atmışdı.

ABŞ rəsmisi Reuters agentliyinə İraqın Ərbil şəhərinə raket hücumu nəticəsində ABŞ canlı qüvvəsinin zərər görmədiyini təsdiqləyib.

Son gələn məlumatlara görə, ABŞ qırıcı təyyarələri havaya qaldırıb. İranın raket zərbələrini Təbriz şəhəri yaxınlığından həyata keçirdiyi bildirilir.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »