Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibəni öncədən proqnoz edən adam onun necə bitəcəyini də açıqladı
Müharibəni öncədən proqnoz edən adam onun necə bitəcəyini də açıqladı

İndi Ukrayna Prezident Ofisinin müşavirinə daha çox etibar etmək lazım gələcək. Çünki çoxları Rusiyanın Ukraynaya hücum etməyəcəyini deyəndə və bu hücumdan heç kimin danışmadığı bir vaxtda - 3 il əvvəl Rusiyanın Ukraynaya qarşı irimiqyaslı və dağıdıcı hücuma başlayacağını demişdi. Bu dəfə o, müharibənin necə bitəcəyi ilə bağlı proqnozunu dilə gətirib.

Rusiyanın Ukraynaya təcavüzü başlayandan bu yana Ukrayna xalqının sevimlisinə çevrilən siyasətçilərdən biri də Ukrayna Prezident Ofisinin müşaviri Aleksey Arestoviçdir. Çıxışları ilə hər gün milyonlarla insana təsəlli verir. Amma görünür, bu Aretoviçin yeganə üstünlüyü deyil. O, Ukraynanın gələcəyini proqnozlaşdırmağı da bacarır. 2019-cu ildə o, Rusiya Federasiyasının qaçılmaz işğalçı hücumundan danışmışdı. Hətta daha əvvəl Krımın ilhaqı və Donbassdakı vəziyyəti də öncədən proqnoz edə bilmişdi. Onun Rusiya ilə bağlı çoxlarının mümkünsüz saydığı proqnozları sonradan gerçəkləşib. Bu dəfə Arestoviç müharibənin necə başa çatacağı ilə bağlı proqnoz verib.

Aleksey Arestoviç Aleksey Arestoviç

Aleksey Arestoviç 2019-cu ildə jurnalistin Ukraynanın NATO-ya daxil olması ilə bağlı sualına belə cavab vermişdi: "Bu, çox güman ki, Rusiyanı Ukraynaya qarşı böyük hərbi əməliyyata sövq edəcək. Çünki onlar bizi infrastruktur baxımından məhv etməli və buranı xarabalığa çevirməli olacaqlar”.

Üstəlik, o, Rusiyanın demək olar ki, bütün hazırkı hərəkətlərini düzgün proqnozlaşdırıb. O, Kiyevin mühasirəyə alınmasını, Belarus ərazisindən işğal cəhdini, Krıma quru dəhlizi yaratmaq cəhdlərini və s. öncədən prqnoz edib.

Yeni videomüraciətində Arestoviç müharibənin 1-1,5 aya bitəcəyini açıqlayıb: “Münaqişənin əvvəlində düşmən Ukrayna ərazisinə 90-dan çox batalyon taktiki qrupu daxil edib. Onların üçdə bir hissəsi məhv edilib və ya döyüş qabiliyyətini itirib, yəni biz Ukrayna Silahlı Qüvvələri və Müdafiə Qüvvələri olaraq onların üçdə birini sıradan çıxarmışıq. Düşmən əsasən mövqe müdafiəsinə keçib və itkilər verir. Səngər qazırlar və bu, hücum potensialının itirildiyini təsdiqləyir. Hücumlar yalnız Krivoy Roq və Nikopol istiqamətində davam edir. Aprelin 10-dək işğalçılar Ukraynaya daha 20-30 batalyon gətirməyə çalışacaqlar. Onların arasında muzdlular və gizli səfərbər olunan Rusiya vətəndaşları da olacaq. Bu bölmələrin döyüş bacarığı son dərəcə aşağı olacaq və Ukrayna Silahlı Qüvvələri təxminən 10 gün ərzində onları tam olaraq  məhv edəcək. Sonra düşmən nəhayət, müdafiəyə keçəcək və onu darmadağın etmək asanlaşacaq”.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »