Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya-Ukrayna müharibəsi: Kiyev yaxınlığında döyüşlər gedir
Rusiya-Ukrayna müharibəsi: Kiyev yaxınlığında döyüşlər gedir

Rusiya bütün cəbhə boyu hücuma keçərək qüvvələri parçalamaqla Ukraynanın paytaxtı Kiyev şəhərini işğal etməyə çalışır.

Bizimyol.info xəbər verir ki, "aljazeera"nın məlumatına görə, hazırda paytaxtdan kənarda şiddətli döyüşlər gedir.

Verilən məlumata görə, bu gün Ukraynanın demək olar ki, bütün bölgələrində hava hücumu sirenləri səslənib. Xarkov, Çerniqov, Sumi və Mariupol şəhərləri mühasirədə qalıb və Rusiyanın ağır bombardmanları altındadır.

Bu arada Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, Moskva Qərbin Ukraynaya silah göndərməsinə qanuni hərbi hədəf kimi yanaşacaq.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »