Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Lukaşenko başa düşür ki, müharibəyə qoşulsa, hakimiyyətini itirəcək"
"Lukaşenko başa düşür ki, müharibəyə qoşulsa, hakimiyyətini itirəcək"

Ukrayna hökumətinin rəsmisi bildirib ki, Belarus əsgərləri Ukraynaya girərsə, onların çoxu “polietilen torba”larda öz ölkələrinə qayıdacaqlar.

Onun fikrincə, Belarusun Ukraynaya hücum ehtimalı nisbətən aşağıdır. Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko telemarafon efirində Belarus qoşunlarının bu gecə öz ərazisindən Ukraynaya girə biləcəyi ilə bağlı məlumatı şərh edərkən bildirib.

“Hələlik Belarus bizə müharibə elan etməyib, indiyədək heç bir Belarus əsgəri Ukrayna ərazisinə daxil olmayıb",- deyə o bildirib.

Onun sözlərinə görə, "Belarusda həqiqi sosioloji sorğu keçirilib - əhalinin cəmi 3 faizi Ukrayna ilə müharibəyə hazır olduqlarını deyir. Lukaşenka başa düşməyə bilməz ki, ordusu ilə buraya yürüş etmək onun hakimiyyətinin sonunun başlanğıcı olacaq”.

Onun sözlərinə görə, unutmaq olmaz ki, Belarus ordusu “dünyanın ən güclü ordusu deyil”. Denisenko qeyd edib ki, Belarus ordusunda cəmi 40 min nəfər şəxsi heyət, 7-8 min nəfər isə real döyüş bölməsi var.

Onun sözlərinə görə, əgər onlar Ukraynaya daxil olsalar, o zaman “onların çoxu polietilen torbalarda gedəcək və Belarusda plastik torbalar peyda olan kimi Lukaşenko rejiminin dağılmasının daha da sürətlənəcəyinə heç bir şübhə yoxdur və Lukaşenko bunun qarşısını almaq üçün heç nə edə bilməz. O, bunu anlayır".

Bununla yanaşı, Denisenko vurğulayıb ki, indiki şəraitdə Belarusun hücum ehtimalı nisbətən aşağıdır. "Və bu baş verərsə, onlar bunu nahaq yerə etdiklərini çox tez başa düşəcəklər",- deyə Ukrayna yetkilisi xəbərdarlıq edib.

Xatırladaq ki, dünən Ukrayna Dövlət Sərhəd Xidməti Rusiya ordusunun Ukrayna ilə sərhəddə Belarus ərazisinə hücum etdiyini bildirib. Dövlət Sərhəd Xidməti qeyd edib ki, düşmənin Belarusun yaşayış məntəqələrinə bu cür hücumu və hərəkətləri Belarus Respublikasının silahlı qüvvələrini Ukrayna ilə müharibəyə cəlb etmək məqsədilə düşünülmüş təxribatdır.

Bu arada Rusiya mediası isə Ukrayna aviasiyasının Belarusu bombaladığını yazıb.

Amma gözləntilərin əksinə olaraq, Lukaşenko Belarus ərazisinin ümumiyyətlə, bombalanmadığını bəyan etməklə təxribatın effektini heçə endirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »