Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkim-uroloq Araz Bayramovun xəstəni şikəst etməsi ilə bağlı şikayətə baxılıb

Ötən gün Bakı Apellyasiya Məhkəməsində tanınmış telejurnalist Günel Gözəlovanın həyat yoldaşı Anar Gözəlovun sağlamlığına qəsdən zərər yetirməkdə ittiham olunan həkim Araz Bayramova qarşı iddia üzrə 2-ci məhkəmə prosesi keçirilib.

Bizimyol.info xəbər verir ki, Məmməd Məmmədovun sədrliyi ilə baş tutan və bir saatdan çox davam edən məhkəmə prosesi aprel ayının 1-nə təxirə salınıb.Ölkə ictimaiyyətinin diqqətini cəlb elən məhkəmə işi ilə bağlı telejurnalist Günel Gözəlova məhkəmə qarşısında jurnalistlərin suallarını cavablandırıb.“Bu dəfə məhkəmə daha uzun çəkdi. Yenə həyat yoldaşımın həyatına qəsd edən “həkim” Araz Bayramov məhkəməyə gəlmədi. Deyiləsi çox sözümüz vardı. Hər zaman olduğu kimi qarşı tərəf heç bir əsas gətirmədən iddiaları rədd edirdi. Bu günkü məhkəmənin yekun qərarı isə məhkəmənin 1 aprel, saat 14:20-yə təxirə salınması oldu”- deyə, G.Gözəlova qeyd edib.Məşhur telejurnalist məhkəmənin təxirə salınmasının səbəbini isə belə izah edib: “Hər iki tərəfin iddiaları nəzərə alınaraq, hakim Məmməd Məmmədov tərəfindən  məhkəmə işi sənəd çatışmazlığı əsas gətirilərək təxirə salınıb. Sözügedən sənədlərdən biri dəfələrlə qeyd etdiyim həyat yoldaşım Anar Gözəlovun orjinal xəstəlik tarixçəsidir. Bizə və məhkəməyə indiyədək qarşı tərəfin təqdim etdiyi xəstəlik tarixçəsi bir-iki cızma-qaradan ibarət ksserekopiya idi. Mən bundan əvvəlki məhkəmələrdə də bildirmişdim ki, orjinal xəstəlik tarixçəsi olmadan bu iş aparıla bilməz.

Günel Gözəlova

Bu məsələ ilə bağlı hakim M.Məmmədov müraciətimə müsbət yanaşdı və növbəti məhkəmədə bu sənədin incələnəcəyini bildirdi.Qarşı tərəfin iddiaları isə xeyli gülünc, tələb etdikləri sənədlərsə ümumiyyətlə mənasız idi. Belə ki, Araz Bayramovu təmsil edən vəkili həyat yoldaşım A.Gözəlovun insult keçirdiyi 18 fevral tarixindən əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) əlillik statusu almaq üçün guya dəfələrlə müraciət etdiyini iddia etdi. Halbuki, belə bir müraciət heç vaxt olmayıb. Hətta vəkil bu barədə məlumatı ƏƏSMN-dan əldə etdiyini də bildirərək, qurumu ittiham altında qoydu. Mən ƏƏSMN rəhbərliyini və mətbuat xidmətini bu absurd ittihama reaksiya verməyə çağırıram. Çünki Anarın bu barədə heç vaxt, heç bir müraciəti olmayıb. Əgər olubsa, sübut etsinlər.Qarşı tərəfin daha bir gülməli iddiası isə Anarın uşaq vaxtından niqt qüsurlu olması, anlaqlılığında problemlər olması və 18 fevraladək dəfələrlə insult keçirməsi ilə bağlıdır. Təsəvvür edin ki, 16 illik həyat yoldaşım Anar hərbi xidmətini Milli Qvardiyada keçib, eyni zamanda polis işçisi olub. Və xəstələnənə qədər heç vaxt işsiz qalmayıb. Belə bir adam necə uşaqlıqdan nitq qüsurlu ola bilər? Hətta Araz Bayramovun vəkili Anarın qeydiyyatda olduğu ərazidə yerləşən poliklinikadan onun səhətindəki problemlərlə bağlı (xəstəliyə qədərki) arayış alınmasını da tələb etdi. Beləliklə də hakim bütün sənədləri əldə etmək və incələmək məqsədilə məhkəməni təxirə saldı”,– deyə, Gözəlova izah edib.

Xatırladaq ki, jurnalistin həyat yoldaşı Anar Gözəlov 18 fevral, 2021-ci ildə böyrək daşı əməliyyatına girib, 6 saata yaxın davam edən əməliyyatdan sonra cərrahiyyə otağından beyinin ikitərəfli insultu və suarxanoidal qanaxması ilə ayılıb. Anar Gözəlovun nümayəndəsi qismində çıxış edən Günel Gözəlovanın qaldırdığı iddia əsasında məhkəmə işi ilkin instansiyada tamamlanıb. Nərimanov Rayon Məhkəməsinin keçmiş hakimi Vüqar Quliyev iddiaçı tərəfin cavabdeh qismində göstərdiyi həkim-uroloq Araz Bayramovu günahsız sayıb. Günel Gözəlova Məhkəmənin qərəzli qərar qəbul etdiyini əsas gətirərək, Apellyasiya Məhkəməsinə müraciət edib.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »