Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ukrayna Rusiyanın bütün planlarından xəbərdardır”
“Ukrayna Rusiyanın bütün planlarından xəbərdardır”

Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin rəisi Kirill Budanov bildirib ki, Ukrayna Rusiya Federasiyasının bütün planlarını bilir.

Bizimyol.info xəbər verir ki, bu barədə "UNİAN" məlumat verib.

Budanovun sözlərinə görə, Rusiyada yalnız müdafiə naziri Sergey Şoyqu və prezident Vladimir Putin müharibəni davam etdirmək istəyir.

"18 batalyon taktiki qrupu döyüş qabiliyyətini tamamilə itirib, daha 13-ü tamamilə məhv edilib. 31 batalyon taktiki qrupu iki həftə ərzində faktiki olaraq darmadağın olub. Bunlar rusların indiyədək heç vaxt vermədiyi dəhşətli itkilərdir.

Biz onların demək olar ki, bütün planlarını bilirik. Böyük ofislərdə bəzi ideyalar yaranan kimi biz onlar haqqında dərhal xəbər tuturuq. Bir daha deyirəm ki, Ukraynanı hərbi yolla ələ keçirmək cəhdləri uğursuz olacaq",- Budanov bildirib.

Qeyd edək ki, dünən Böyük Britaniya kəşfiyyatı Rusiya hərbi qüvvələrinin Kiyev ətrafında qruplaşması ilə bağlı görüntüləri yayıb. Kəşfiyyatçılar belə qənaətə gəliblər ki, Rusiya qarşı tərəfin imkanlarını qiymətləndirməyə çalışır. Görüntülərdən belə başa düşülür ki, Rusiya Kiyevə irimiqyaslı hücum üçün hazırlıq işləri görür. Amma hələ ki, hücumun uğurlu olacağından əmin deyil.

Bu vaxta qədər Rusiyanın müxtəlif döyüş kolonları Kiyevə girməyə cəhd etsələr də, şəhərin yaxınlığında sıx cavab zərbələri alaraq geri çəkiliblər. Britaniya kəşfiyyatı hesab edir ki, Rusiya hücuma hazırlaşmaqla yanaşı, Ukraynanın mümkün əks-hücumlarından da ehtiyat edir.

Xüsusən də Bayraktar dronları ilə silahlanmış Ukrayna ordusu Rusiyanın ağır texnikasını böyük itkilərə məruz qoyur. O üzdən də Rusiya bu texnikanı açıq şəkildə deyil, meşəlik ərazilərlə irəliyə aparır.

Hərbi müşahidəçilərin fikrincə, Ukrayna ordusu zərbə məsafəsində yerləşən Rusiya texnikasına ona görə hücum etmir ki, onları şəhərə tərəf çəkmək istəyir. Bu zaman Ukrayna ordusu təkcə havadan deyil, qurudan da artilleriya atəşləri üçün fürsət qazanacaq.

2 gün əvvəl Kiyev ətrafında böyük bir kolonun tələyə düşərək məhv edilməsinin görüntüləri yayılmışdı. Ukrayna tərəfi artilleriya, tanklar və Bayraktar dronlarından zərbələr endirərək konvoya böyük zərbə endirmiş və geri qayıtmağa məcbur etmişdi.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »