Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: "İşğalçılar terrorun yeni mərhələsinə qədəm qoydular"
Zelenski: "İşğalçılar terrorun yeni mərhələsinə qədəm qoydular"

"İşğalçılar terrorun yeni mərhələsinə keçdilər - Melitopol merini əsir götürdülər".

Bizimyol.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində deyib.

O qeyd edib ki, bu gün Melitopolda işğalçılar şəhərin meri İvan Fedorovu əsir götürüblər: "O, Ukraynanı, öz rəhbəri olduğu ərazini və xalqı cəsarətlə müdafiə edirdi. İndi o oğurlanaraq əsir saxlanılır. Aydındır ki, bu, işğalçıların zəifliyinin əlamətidir. Torpaqlarımızda heç bir dayaq tapmadılar. Baxmayaraq ki, ümid edirdilər, illərlə uydurduqları yalanlara özlərini inandırmışdılar ki, guya Ukraynada Rusiyanı gözləyirlər. Ukrayna xalqı dünyaya göstərdi ki, Rusiya göründüyü qədər güclü, iddia etdiyi kimi hümanist deyil. Onların təbliğatı açıq-aşkar yalan üzərində qurulub", - deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, buna görə də işğalçılar Ukraynanın qanuni yerli hakimiyyət orqanlarının nümayəndələrini fiziki cəhətdən məhv etməyək planını işə salıblar ki, bu da onların terrorun yeni mərhələsinə keçdiklərini göstərir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »