Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan yenə "küncə qoyuldu"
Ermənistan yenə "küncə qoyuldu"

Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Bu, Azərbaycan diplomatiyasının çox ciddi bir uğurudur.

Bu memorandumla Azərbaycan Respublikası ilə İran İslam Respublika arasında bir yeni kommunikasiya xətti reallaşdırılır. Bu xətt İrandan keçməklə Azərbaycanın əsas ərazisi - Şərqi Zəngəzur bölgəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən nəqliyyat-kommunikasiya arteriyası olacaq.

Bu, yeni bir nəqliyyat xəttidir. Biz görürük ki, dünyanın bir hissəsində müharibələrlə regionları yenidən şəkilləndirmək cəhdləri var. Cənubi Qafqazda isə Azərbaycanın əməkdaşlıq təşəbbüsləri ilə bölgənin yeni xərutəsi sülhə köklənməklə çəkilir. Bu, uöurlu format əsasında regional əməkdaşlığın qurulmasına bizi daha bir addım yaxınlaşdırdı. Uzun müddət belə görünürdü ki, İran bu nəqliyyat dəhlizinə razılıq verməyəcək. Ancaq Azərbaycanın diplomatik səyləri nəticə verdi. Bu hadisə ölkəmizin geostrateji əhəmiyyətini yüksəldir. Vaxt vardı, İran hətta hava məkanını Azərbaycanın mülki aviasiyasına bağlamışdı. Bu gün isə əks proseslər baş verir; Azərbaycan İran ərazisindən keçən yeni nəqliyyat xətti açır. Bu, Naxçıvana məsafəni xeyli qısaltmaqla yanaşı yeni bir dəhlizin reallaşmasını yaxınlaşdırır. Ən başlıcası, Azərbaycan və Türkiyə vasitəsilə Şərqlə Qərbi birləşdirəcək mühüm nəqliyyat-kommunikasiya xəttidir. Bu, həm yeni dəmir yolunu, həm avtomobil yolunu nəzərdə tutur. Araz çayı üzərindən yeni keçidlər, körpülər tikiləcək. Enerji təminat sistemi qurulacaq. Araz üzərində körpülər Ermənistanla sərhədin 5 kilometrliyindən keçəcək. Gündə 1000 maşının keçəcəyi buraxılış məntəqəsi olacaq (hər iki ölkə bunu birlikdə inşa və təşkil edəcək). Maliyyələşmə müştərək olacaq.

Bu memorandumun başqa mənası da var: Ermənistan yeni nəqliyyat-kommunikasiya xəttindən də kənarda qaldı. Daha doğrusu, özü özünü yenə (yenidın) blokadaya məhkum edir. İlyarım müddətində öz ərazisindən nəqliyyat-kommunikasiya dəhlizi üçün yer ayırmadı. Bu qarşılıqlı faydalı iqtisadi tərəfdaşlıq fürsətini Azərbaycana təzyiq üçün siyasi alətə çevirmək istədi. Yenə də uduzan tərəf özü oldu. Ermənistan Zəngəzur dəhlizinə imkan tanımamaqla hazırda sanksiya altına düşən Rusiyaya da arxa çevirmiş oldu. Ağasının üzünə ağ olmaqla yanaşı etibarsız tərəfdaş olduğunu da bir daha isbat etdi. Çünki yeni bir nəqliyyat dəhlizi Rusiya üçün də çoxcəlbedici idi. Ermənistan bu addımı ilə özünü nəqliyyat daşımalarından əldə edəcəyi tranzit xərclərindən də məhrum edir. Azərbaycanı özündən asılı etmək istəyirdi, tam əksi oldu. Rəsmi Bakı İranla bu tarixi anlaşmanı əldə edərək Ermənistanı bir daha sözün hər iki mənasında küncə sıxdı.

Seyid Əhmədli,

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »