Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Putin Lukaşenkoya təzyiq göstərir ki, Belarus müharibəyə qoşulsun”
“Putin Lukaşenkoya təzyiq göstərir ki, Belarus müharibəyə qoşulsun”

Ukrayna savaşının gedişi Kremlin qətiyyən ürəyincə deyil. Gözləniləndən qat-qat çox itkilər var. Vladimir Putinin qısa zamanda Ukraynanı ələ keçirmək planı baş tutmur. Rusiya ordusu ciddi müqavimətlə üzləşib. Kreml o qədər çarəsiz görünür ki, hətta Qarabağdakı sülhməramlıları Ukraynaya göndərir.

Bizimyol.info xəbər verir ki, Rusiya Belarusun müharibəyə qoşulmasında maraqlıdır. Ukraynalı hərbi ekspert Oleq Jdanov da məhz belə düşünür.

“Putin Lukaşenkoya təzyiq göstərir ki, Belarus müharibədə Rusiyaya kömək etsin. Lukaşenko rəsmi iştirak məsələsində hələlik yaxasını kənara çəkə, yayına bilir. O bəhanə edir ki, hər şey ondan asılı deyil, yeni konstitusiyanı gözləməlidir”.

Jdanovun fikrincə, Rusiya müharibəni alver məqsədilə dondura bilər. Hərbi ekspert Ukraynanın sona qədər getməsinin vacibliyindən danışır.

“Bizim azaldığı əldə etmək üçün yalnız bir şansımız var – Rusiya ordusunu darmadağın etmək. Başqa yol yoxdur. Biz Budapeşt memorandumu kimi yeni sənədlərə qol çəkə bilmərik. Bunun adı təslimçilik olacaq”.

Oleq Jdanov İsrailin keçmiş Baş Naziri Qolda Meirin sözlərini xatırladır. Siyasi xadim deyirdi ki, səni öldürməyə gələnlərlə razılaşma mümkünsüzdür.

“Biz düşməni 1991-ci ildəki sərhədlərə qədər qovmalıyıq. Heç bir güzəştə getmək olmaz. Rusiya ilə hər hansı razılaşma imzalamaq müharibəyə müvəqqəti fasilə vermək deməkdir. Onlar heç vaxt sakitləşməyəcək. Biz gücümüzü göstərməliyik. Doğum evinə görə qisası gələcəyə saxlaya bilmərik. Amansız cəzaya ehtiyac var”.

Jdanovun sözlərinə görə, Ukrayna ordusu vəziyyəti sabitləşdirə bilib. Heç bir cəbhədə geriləmə yoxdur. Hərbi ekspert əmindir ki, gələn həftədən ciddi nəticələri olan əks-hücumlar görəcəyik.

“Qarabağdan sülhməramlıları gətirirlər. Gəlsələr də, faydası yoxdur. Onları hazırlamağa bir-iki ay vaxt lazımdır. Biz vətəni azad etmək gücündəyik. Putin nə qədər ki sağdır, hakimiyyətdədir, məramı dəyişməyəcək. Biz işi sona çatdırmalıyıq”.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »