Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist, prodüser və kinorejissor Rüstəm İbrahimbəyov vəfat edib.
Bizmyol.info xəbər ver ki, bu barədə "TASS" məlumat verib.
Kinorejissor bu gün yaşadığı Moskva şəhərində, 83 yaşında dünyasını dəyişib.
Rüstəm İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnsitutunu bitirib, sonralar Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnmişdir. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilmişdir.
1989-cu ildə əsası qoyulan “İbrus” (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyni adlı teatrın təsisçisidir. 1962-ci ildən yazıçılıqla məşğuldur. 15 pyesi dünyanın 100-dən çox ölkə teatrlarından tamaşaya qoyulub.
Rüstəm İbrahimbəyovun Sergey Bodrovla birgə ssenarisini yazdığı fransız direktivi Régis Wargnier olan "Şərq-Qərb" filmi ən yaxşı xarici film nominasiyasında "Oskar" mükafatına namizədlərdən biri olub.
Allah rəhmət eləsin!