ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) indi Avropada ən çox ehtiyacı olan ölkəyə - Ukraynaya yardım toplamaq kampaniyası təşkil edir.
Bizimyol.info təşkilatın sosial şəbəkə paylaşımına istinadən xəbər verir. Təşkilat hesab edir ki, Ukraynalılara kömək etməyin ən yaxşı yolu yardım əməliyyatları aparan humanitar təşkilatlara nağd pul köçürmələri etməkdir.
“Nə üçün pul ən yaxşısıdır”, sualına cavab olaraq "USAID" bunu yardıma ehtiyacı olanlara ən çevik və ən səmərəli vasitə hesab edir:
"Əldə olan pul vəsaiti yardım mütəxəssislərinə lazımi olan əşyaları tez bir zamanda alınaraq ehtiyaclı insanlara çatdırmağa imkan verir. Nağd pulun olması maddi ehtiyacın qarşılanması üçün vacib amildir. Yardım təşkilatı nağd pulun həyat əhəmiyyətli sahələrə - səhiyyə, sığınacaq və digər mühüm xidmətlərin təmin edilməsi üçün istifadə oluna biləcəyi qənaətindədir.
Bu yolla məhdud resurslar (nəqliyyat marşrutları, işçilərin vaxtı və anbar sahəsi kimi) yükü də azaldılmış olur. Həm də fəlakətdən əziyyət çəkən bölgənin yerli iqtisadiyyatını dəstəkləyir.
Bu gün Ukrayna xalqının belə yardımlara böyük ehtiyacı var. Onlar təkcə oz dövlətləri üçün vuruşmurlar, hən də planetimizi dünya müharibəsindən xilas edirlər. İndi azad və firavan gələcək istəyən hər kəs bu kampaniyaya qoşulmalıdır.
"USAID" Mədəni, mobil və ekoloji cəhətdən uyğun yardımı təmin edir.
Ətraflı məlumat və ianə veriləcək təşkilatların siyahısını əldə etmək üçün aşağıdakı keçidə daxil ola bilərsiniz: https://www.cidi.org/disaster-responses/ukraine-crisis/
Bizimyol.info