Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət Duması Meta əməkdaşlarına qarşı cinayət işi açmağı tələb edib
Dövlət Duması Meta əməkdaşlarına qarşı cinayət işi açmağı tələb edib

Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Vasili Piskarev Rusiya Federasiyası vətəndaşlarına qarşı zorakılıq çağırışlarının yayılmasında iştirak edən “Meta” əməkdaşlarına qarşı cinayət işi qaldırmağa çağırıb.

Bizimyol.info xəbər verir ki, deputat xatırladıb ki, “Facebook”, “Instagram”a nəzarət edən Amerikanın “Meta” şirkətinin rəhbərliyi onlarda Rusiyaya və ruslara qarşı zorakılıq çağırışlarına qoyulan qadağanı ləğv etdiyini rəsmən bəyan edib.

O qeyd edib ki, qadağanın ləğvi yalnız bir neçə ölkəyə - Latviya, Litva, Estoniya, Polşa, Slovakiya, Macarıstan, Rumıniya, Rusiya və Ukraynaya aiddir.

"Uzun müddətdir ki, bütün dünyaya öz qaydalarını diktə edən, bir çox ölkələrin milli qanunlarını pozan şirkət rəhbəri Mark Zukerberq bu günlərdə həddini aşıb. Terrorçu və ekstremist fəaliyyətə şərait yaratmaq həm Rusiyada, həm də başqa ölkələrdə cinayət sayılır. Əgər bu gün o özünü cəzasız hiss edərsə, sabah göndərilən bumeranq geri qayıda bilər. Səpilən şər toxumları, şübhəsiz ki, təkcə Avropanın ayrı-ayrı ölkələrində deyil, həm də ABŞ-ın özündə cücərəcək”, - Piskarev bildirib.

O, həmçinin Zukerberqə qarşı hüquqi tədbir görülməsinə çağırıb.

"Hesab edirəm ki, səlahiyyətli orqanlar qanuni tədbirlər görməli və "Meta"nın günahkar əməkdaşlarına qarşı cinayət işi başlamalıdır, çünki bir qrup şəxs tərəfindən törədilən terror fəaliyyətinə yardım cinayəti göz qabağındadır. Əslində Şərqi Avropanın açıq faşistləşdirilməsi okeanın o tayından başlanır", - deyə Piskarev bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »