Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çerniqovun 5 yaşayış məntəqəsi işğalçılardan azad edilib

"Çerniqov vilayətində müqavimət qüvvələri 5 yaşayış məntəqəsini rus işğalçılarından azad edib".

Bizimyol.info xəbər verir ki, bu barədə “Facebook”da “Şimal” Əməliyyat Komandanlığı məlumat yayıb.

Qeyd olunur ki, Rusiya Federasiyasının bölmələri tam döyüş əməliyyatları apara bilmir. Ali hərbi-siyasi rəhbərlik tərəfindən tərk edilmiş zabitlər korpusu arasında çaxnaşma hökm sürür.

“Nəticədə bizim Çerniqov vilayətindəki yaşayış məntəqələrimizin üzərində Ukraynanın dövlət bayraqları dalğalanır. Düşmənin iki zirehli transportyorunu ələ keçirmişik. İndi bu texnika və silahlar Ukrayna orusu tərəfindən istifadə ediləcək, xalqının rifahına xidmət edəcək”, - deyə qeyd edilir.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətindəki Dərqaçidən rus ordusunu çıxarıb və əraziyə tam nəzarət edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »