Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO Rusiya müharibəsi çox itkilərə səbəb olar - Stoltenberq
NATO Rusiya müharibəsi çox itkilərə səbəb olar - Stoltenberq

Ukraynadakı müharibə Şimali Atlantika Alyansı ilə Rusiya arasına çevrilməməlidir.

Bizimyol.info xəbər verir ki, bunu "CNN Türk"ə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"NATO Rusiyanın hərəkətlərinə kəskin reaksiya verib. Biz on minlərlə ukraynalı əsgərə təlim keçmişik. Amma bu müharibə NATO-nun Rusiya ilə müharibəsinə çevrilməməlidir, bu, çoxsaylı itkilərə səbəb olacaq", - deyə o bildirib.

Stoltenberq bildirib ki, alyans Ukraynadakı xüsusi əməliyyata görə bütün müttəfiqlərinin Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini gözləyir.

"Bəli, biz bütün müttəfiqlərimizin sanksiyalar tətbiq etməsini gözləyirik. Biz Ukraynada "xüsusi əməliyyat" keçirməyinin əvəzini Rusiyaya ödəyə bilərik. Mən bu barədə Türkiyənin xarici işlər naziri cənab Mövlud Çavuşoğlunu da məlumatlandırdım", - deyə o bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »