Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna neytrallığa açıqdır, lakin təhlükəsizlik zəmanəti olarsa
Ukrayna neytrallığa açıqdır, lakin təhlükəsizlik zəmanəti olarsa

Ukrayna neytral statusa açıqdır, lakin təhlükəsizlik təminatlarına ehtiyacı var.

Bizimyol.info xəbər verir ki, bunu "CNN"ə açıqlamasında Ukrayna prezident aparatının rəhbərinin müavini İqor Jovkva deyib.

Onun sözlərinə görə, prezident Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışmağa hazırdır, lakin o danışıqlar zamanı dövlət maraqlarını Rusiyaya güzəştə getməyəcək.

Jovkva qeyd edib ki, Ukrayna və Rusiya xarici işlər nazirləri arasında martın 10-da Antalyada baş tutan görüşlə bağlı Ukrayna o qədər də optimist deyil. O bildirib ki, danışıqlarda heç bir irəliləyişə səbəb olmayıb.

"Görüşmələri çox yaxşıdır, amma təəssüf ki, son qərarı verənin Rusiya Xarici İşlər Naziri olmadığını deyə bilərik. Müharibənin dayandırılması, atəşkəsin əldə edilməsi, qoşunların çıxarılması ilə bağlı yekun qərarı yalnız biri verir", - deyə Jovkva, Putini işarət edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »