Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan Rusiya avtomobil sənayesindən asılı deyil"
"Azərbaycan Rusiya avtomobil sənayesindən asılı deyil"

Rusiyaya qarşı tərbiq edilən iqtisadi və maliyyə sanksiyaları Azərbaycanda bir çox sahələrdə qiymətlərin bahalaşması ilə özünü göstərir. Məsələn tikinti materialalrı bazarında Rusiya və Ukraynadan gətirilən mıhsulların qiymətləi 2 dəfəyə qədər artıb. Azərbaycan yollarında Rusiya istehsalı avtomobillər olsa da, Azərbaycan bazarı Rusiya avtomobil sənayesindən asılı olmadığı üçün Rusiya istehsalı olan avtomobillərin qiymətində artım ola bilməz. Digər ölkələrdə istehsal edilən avtomobillərin qiymətinə gəldikdə isə, qiymətlər hələ ki, sabitdir.

“Azərbaycan avtomobil bazarında qiymətlər bu ilin yanvar ayından balanslaşdırılıb. Bilirsiniz ki, ölkəmizə idxal edilən köhnə avtomobillərin qiymətləri yüksəldilib. Eyni zamanda mühərrik həcmi 3000 kub/sm-dən yüksək olan avtomobillərin qiyməti qalxıb. Amma idxal olunan yeni hibrid və elektromobillərin qiymətləri endirilib. Dövlət bu avtomobilləri ƏDV-dən azad edib”.

Bu barədə Bizimyol.info saytına danışan nəqliyyat məsələsi üzrə ekpsret Eldəniz Cəfər bildirib ki, yanvar ayı ilə müqayisədə fevral ayında avtomobil bazarında qiymətlərdə artım müşahidə edilməyib. Onun sözlərinə görə, Rusiyaya tətbiq edilən iqtisadi və maliyyə sanksiyalarından sonra Azərbaycan avtomobil bazarında sabitlikdir. Rusiyadakı proseslər Azərbaycanda avtomobil bazarındakı qiymətlərə hərhansı bir formada təsir edə bilmir.

Eldəniz Cəfər Eldəniz Cəfər

“Ola bilsun ki, kimsə öz Rusiya istehsalı olan avtomobilini satarkən fürsətdən istifadə edib, qiyməti yüksəltmək istəyir. Amma bu da bazar qanunlarına uyğun olaraq tənzimlənəcək”,- deyən eskpert Rusiya istehsalı olan avtomobillərin Azərbaycanda bahalaşacağını düşünmür. Çünki Rusiya istehsalı olan avtomobillərə daha komfortlu, daha gözəl rəqib olan avtomobillər var. Azərbaycan Rusiya avtomobil bazarından və Rusiya avtomobil sənayesindən asılı deyil.

“Azərbaycandakı avtomobillər Avropa ölkələrindən, Çindən, ABŞ-dan, Cənubi Koreyadan və Yaponiyadan gətirilir. Göründüyü kimi bizim alternativlərimiz çoxdur” - deyə ekspert bildirib.

Xatırladaq ki, artıq iki həftədir ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Bu ölkələrdə müharibənin olmasını əsas gətirərək, avtomobil bazarında qiymətlərin artacağını iddia edən işbazlar və dələduzlar mövcuddur. Ancaq ekspertlər isə, vətəndaşlara narahat olmamağı tövsiyyə edir. Yəni digər sahələrdə bahalaşma müşahidə edilsə belə, avtomobil bazarında qiymətlərin artmasından söhbət gedə bilməz. Əksinə ölkəyə gətirilən yeni hibrid və elektromobillərin qiymətində ucuzlaşma müşahidə edilir. Bu isə ölkənin avtomobil parkının yenilənməsi ilə əlaqədardır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »