Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlikdən faktiki hava açıqlaması
Nazirlikdən faktiki hava açıqlaması

Martın 10-u saat 12:00-a olan məlumata əsasən bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilir.

Yağıntı Lerikdə 11.0 mm, Şabranda 6.0 mm, Sədərək, Gədəbəy, Zaqatala, Xaltanda 2.0 mm, Ağdərə (Ordubad), Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Qobustan, Quba, Qusar, Bərdə, Göyçay, Salyan, Neftçala, Ağsu, Maştağada 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 30 sm, Qrızda 5 sm, Göygöldə 4 sm, Daşkəsəndə 3 sm, Xaltanda 1 sm olub.

Cənub-şərq küləyi arabir Gəncədə 24 m/s, Neftçala, Naftalanda 20 m/s, Ağdamda 18 m/s, Kəlvəzdə 17 m/s, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.7 metrə çatıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »