Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiyanın şərtləri Ukraynanın silinməsi deməkdir - qəbul edilməyəcək”
“Rusiyanın şərtləri Ukraynanın silinməsi deməkdir - qəbul edilməyəcək”
10 mart tarixində Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kulebanın üçtərəfli görüşü baş tutub. Danışıqlar Antalya şəhərinin Belek rayonunda keçirilib. Müzakirələr bir saat davam edib. Üçtərəfli görüşdən sonra mətbuat konfransı keçirilib.

Görüş zamanı Rusiya və Ukrayna tərəfləri heç bir razılığa gəlməyib, görüş nəticəsiz başa çatıb.

Siyasi şərhçi Mübariz Göyüşlü xarici işlər nazirlərinin Antalya görüşünü Bizimyol.info-ya şərh edən zaman bildirib ki, Antalya görüşünün nəticəsiz başa çatacağı əvvəlcədən bəlli idi.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“Çünki bu görüşdə nə Rusiya, nə də Ukrayna prinsipial razılıq əldə etmək barədə düşünmürdülər. Xüsusilə də Rusiya Antalyadakı görüşdə öz prinsiplərindən, qoyduğu şərtlərdən geri çəkilmək, Ukraynaya güzəşt etmək, təcavüzü dayandırmaq kimi məsələləri düşünmürdü.

Düşünürəm ki, Lavrov Türkiyə tərəfinin istəyini geri çevirməmək xatirinə bu görüşdə iştirak edib. Orada o özü də bəyan etdi ki, “əsas görüşlər Belarusda keçirilir və həmin görüşlər önəmlidir. Müzakirələr və danışıqlar orada gedir”.

Bu görüşdən sonra belə bir məlumat yayıldı ki, “Rusiya Ukrayna qarışında 5-6 şərt qoyub”. Həmin şərtləri oxudum. Onu deyə bilərəm ki, bu şərtlərin icra edilməsi Ukrayna dövlətinin bitməsi, suverenliyini itirilməsi deməkdir. Aşağı-yuxarı Ukrayna dövlətinin silinməsi deməkdir. İnanmıram ki, Ukrayna bu şərtləri qəbul etsin. Rusiya da bu məsələdə israr etdiyinə görə, Antalyada hansısa nəticə olacağına da əvvəldən inanmırdım.

Türkiyə özü də anlayırdı ki, bu görüşdə heç bir anlaşma, hər hansısa bir irəliləyiş olmayacaq”.

Siyasi şərhçi bildirir ki, Ukrayna tərəfi Rusiya ilə görüşmək, müzakirə etmək, bu məsələlərə son qoymaq istəyir, amma Rusiya bu məsələlərə o qədər də həvəslə yanaşmır.

“Putin indiyə qədər Zelenskinin görüşlə bağlı heç bir çağırışına müsbət cavab verməyib. Bir növ saymazyana münasibət göstərir, diplomatik, etik qaydaları pozaraq davranır”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »