Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Rusiya nüvə xammalından imtina etməyəcək - Ekspert
ABŞ Rusiya nüvə xammalından imtina etməyəcək - Ekspert

Birləşmiş Ştatlar çətin ki, Rusiya nüvə xammalından imtina etsin. Çünki bu, ölkə üçün ciddi iqtisadi gərginlik yaradar.

Bizimyol.info xəbər verir ki, bu fikri "TASS"a müsahibəsində ANO Atomİnfo Mərkəzinin direktoru Aleksandr Uvarov bildirib.

"ABŞ-da demək olar ki, hər 20-dən bir lampa Rusiya uranı ilə yanır. Rusiyanın nüvə xammalından imtina etmək ehtimalı çox çətin ola bilər. Onlar yaxşı bilirlər ki, belə bir addım ölkənin bütün iqtisadiyyatı üçün fəlakətli nəticələrə gətirib çıxarar. Macarıstan artıq belə balanslı yanaşma nümayiş etdirib. Baş nazir Viktor Orban bildirib ki, Aİ sanksiyaları Macarıstanın Rusiya ilə VVER-1200 reaktorları ilə planlaşdırılan iki bloklu AES layihəsi olan Paks II atom elektrik stansiyası layihəsi üzrə əməkdaşlığa təsir etməyəcək", - deyə ekspert bildirib.

"Rosatom uzun müddətdir ki, xaricdə etibarlı tərəfdaş, qabaqcıl və sabit şirkət kimi özünü təsdiqləyib. Xüsusilə AES-lərin tikintisi ilə bağlı məsələlərdə. Hesab edirəm ki, heç bir sanksiyalar və ya digər məhdudiyyətlər bu şirkət tərəfindən beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinə təsir göstərməyəcək", - deyə Uvarov qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »